Naftalanda qanunlar başda yox, ayaq altındadır...

13-05-2023, 10:47           
Naftalan şəhəri dövlət notariat kontorunun sabiq rəisi Şəbnəm Mustafayeva vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vərəsəliklə bağlı olan sənədlərin saxtalaşdırılmasında ittiham edilir.
TEREF.AZ bildirir ki, bu haqda Dünyanınsəsi.Az saytına Naftalan şəhər sakini Abdullayeva Məleykə Xası qızı tərəfindən daxil olan şikayətdə qeyd edilir.
Şikayətçi bildirir ki, onun mərhum qardaşı Zeynal Xası oğlu Abdullayev uzun illər xərçəng xəstəsi olub.Bir bacı kimi qardaşı tək yaşadığından ona sahib çıxaraq 7 il davamlı müalicə etdirib.Buna baxmayaraq uzun sürən xəstəlikdən sonra Z.Abdullayev 25.02.2022-c il tarixdə dünyasını dəyişib.
Məleykə Abdullayeva şikayətində qeyd edir ki, qardaşının ölümündən bir neçə gün əvvəl Naftalan şəhəri dövlət notariat kontorunun sabiq rəisi Şəbnəm Mustafayeva müraciət edib ki, qardaşı ölüm ayağındadır, hər an ölə bilər. Onun adına olan mülklə bağlı vəsiyyətnamə vermək istəyir.O, da özü və nümayəndəsi ilə mərhumun yaşadığı ünvana gələrək vəsiyyət edənin sözlərini videoya çəkiblər.Vəsiyyətnamədə tərtib edildiyi yer və vaxt göstərilməklə, vəsiyyət edən tərəfindən də şəxsən imzalandığı bildirilir.
Şikayətçi miras qoyan dünyasını dəyişdikdən sonra vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsində problemlə üzləşib.
Belə ki, mirasın açıldığı vaxt məlum olub ki, mərhum tərəfindən bacısına bağışlanan daşınmaz mülkün alqı-satqı edilə bilmədiyi yazılıb.

Halbuki, mərhum Z.Abdullayev sağlığında Naftalan şəhəri dövlət notariat kontorunun sabiq rəisi Şəbnəm Mustafayevanın iştirakı ilə baş tutan vəsiyyətnamənin verilməsində ona aid olan bütün daşınan və daşınmaz əmlakların bacısı Məleykə Abdullayevaya bağışladığnı bildirərək müvafiq sənədə öz imzasını atmışdır.

Halbuki miras əmlakın tərkibində daşınmaz əmlak olduqda notarius daşınmaz əmlakın miras qoyana məxsus olması haqqında hüquq müəyyənedici sənəd, daşınmaz əmlakın özgəninkiləşdirilməsinə qadağanın və ya bu əmlak üzərində həbsin olub-olmadığı barədə arayış tələb etməli idi.
Şikayətçi isə onu iddia edir ki, Naftalan şəhəri dövlət notariat kontorunun sabiq rəisi Şəbnəm Mustafayeva mərhum Z.Abdullayevin sabiq həyat yoldaşı Aygün adlı xanımla əlbir olaraq mirasa aid sənədləri saxtalaşdırıb.Mərhumun həm də bacısına bağışladığı mülklə bağlı video materal da yoxa çıxıb.
Naftalan sakini M.Abdullayeva bildirir ki, qardaşımın sabiq həyat yoldaşı nə dəfn prosesində iştirak edib nə də ki,miras qalan mülkün təmir olunmasında bir manat belə vəsait xərcləməyib.Qardaşının Aygün xanımdan olan bir övladına da 7 il də alment ödədiyini bildirir.

Mərhumun bacısının deməsinə görə,, Aygün xanım Z.Abdullayevlə ayrıldıqdan sonra iki dəfə də ərə gedib.
Hazırda şikayətçi vərəsəlik sənədlərini saxtalaşdırılması eləcə ona dəymiş olna xeyli miqdar ziyanla ilə bağlı Goranboy rayon Məhkəməsində İDDİA qaldırıb.
Ümümmiyyətlə,Qanunvericilikdə Vəsiyyətnamələrin təsdiq edilməsi eləcə də vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsində notariuslar hansı hərəkətləri etməlidir?

1) Vəsiyyətnamələrin təsdiq edilməsi

Notarius fəaliyyət qabiliyyəti olan ayrı-ayrı şəxslərin qanunvericiliyin tələblərinə uyğun surətdə tərtib etdikləri və şəxsən notariusa təqdim etdikləri vəsiyyətnamələri təsdiq edir.

Vəsiyyətnamə vəsiyyət edənin sözlərinə əsasən notarius və vəsiyyət edən şəxs tərəfindən tərtib oluna bilər. Vəsiyyətnamədə tərtib edildiyi yer və vaxt göstərilməklə, vəsiyyət edən tərəfindən şəxsən imzalanır.

Əgər vəsiyyət edən özəlləşdirilmiş mənzili vəsiyyət edirsə, o zaman notarius bu mənzildə qeydiyyatda olan ailə üzvləri haqqında arayış və mənzildə qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərnin yazılı razılığını tələb edir.

2) Vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi

Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

Mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir.

Vərəsəlik hüququ haqqında şəhadətnamə vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra verilir.

Vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir.
Naftalanda qanunlar başda yox, ayaq altındadır...
Notarius qanun və vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verərkən miras qoyanın ölümü faktını, vəsiyyətnamənin olub-olmadığını, vəsiyyətnaməyə dəyişiklik edilib-edilmədiyini, vərəsəliyin açıldığı vaxtı və yeri, mirasda məcburi paya hüququ olan şəxslər olub-olmadığını, şəhadətnamə verilməsi haqqında ərizə vermiş şəxslərin miras qoyanla qohumluq münasibətlərini, barəsində şəhadətnamə verilən miras əmlakın tərkibini və olduğu yeri müvafiq sübutlar tələb etmək yolu ilə yoxlayır.

Miras əmlakın tərkibində daşınmaz əmlak olduqda notarius daşınmaz əmlakın miras qoyana məxsus olması haqqında hüquqmüəyyənedici sənəd, daşınmaz əmlakın özgəninkiləşdirilməsinə qadağanın və ya bu əmlak üzərində həbsin olub-olmadığı barədə arayış tələb edir.

Fiziki və hüquqi şəxslər xaricdə istifadəsi nəzərdə tutulmuş sənədlərin rəsmiləşdirilməsi ilə bağlı məsələlər üzrə, eləcə də Ədliyyə Nazirliyinin səlahiyyətinə aid edilmiş sənədlərin əslinə apostil verilməsi üçün bilavasitə nazirliyə müraciət edə bilərlər.
Redaksiya olaraq inanırıq ki, səsləndirilən ittihmla bağlı Ədliyə nazirliyinin müvafiq qurumları eləcə də Goranboy rayon məhkəməsi ədalətli araşdırma aparıb ədalətli qərar qəbul edəcəkdir.
Səsləndirilən ittihamla bağlı qarşı tərəfin də mövqeyini dərc edə bilərik.
Naftalan sakinin video-şikayətini təqdim edirik:













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.