Elşad Məmmədov energetika sahəsinə necə qənim kəsilib... - GİLEY
14-05-2023, 00:02
Elşad Məmmədov energetika sahəsinə necə qənim kəsilib... - GİLEYÖlkə iqtisadiyyatı genişləndikcə, əhalinin sayı artdıqca elektrik enerjisinə tələb yüksəlir. Odur ki, hökumət bu sahəyə daha çox diqqət yetirir. Düzdür, ölkədə enerji istehsalı artır. Dövlət tərəfindən həyata keçirilən tədbirlər nəticəsində xeyli vaxtdır enerji tədarükçüsünə çevrilmişik.
Lakin istehsal prosesində ciddi problemlər mövcuddur. Buna misal olaraq, “Azərenerji” ASC-nin real yanaşma tərzi sözügedən sahəyə çox aşağıdır.
Məmurların iş fəaliyyətində törətdiyi nöqsanlar çox ciddi təəssüf doğurur. Görünür, bəzi məmurlar öz işlərini ölkədə gedən inkişafın məntiqinə uyğun qura bilmir. Yenə də səlahiyyətlərindən sui-istifadə edirlər, qanunları pozurlar, rüşvətxorluğu, korrupsiyanı adi həyat tərzinə çeviriblər.
Bu gün əhalinin çoxluq təşkil edən hissəsinin dövlət başçısından razılığı şübhə doğurmasa da, sirr deyil ki, bəzi xırda və iriranqlı məmurların yarıtmaz fəaliyyətləri əhali ilə hakimiyyət arasında ciddi problemlərə, ziddiyyətli və müxalif ictimai rəylərə də meydan açır.
Təəssüf ki, müəyyən mövqe tutan məmurlarımız var ki, nə özləri, nə də övladları xalqa hörmət etmək istəmir, cəzasızlıq mühitinə sığınaraq özlərini “toxunulmaz” bilirlər. Ölkəni bürüyən “belələri” tutduqları vəzifədən sui-istifadə edərək insanların haqqını tapdayır, büdcəni “ciblərinə” sovuraraq dövlət malını qorxmadan talayır, varlanıb harınlayır, gözləri yalnızca özlərinin daha da varlanmaq arzularından başqa heç bir dəyər tanımır.
Xoşbəxtlikdən, Azərbaycanda dövlət səviyyəsində məmur özbaşınalığına qarşı böyük mübarizə həyata keçirilir. Son illər ard-arda milyonçu icra başçılarının və korrupsioner nazirlik əməkdaşlarının həbsi və genişmiqyaslı antikorrupsiya tədbirləri məhz əhalinin də narazı qaldığı məmurların islah olunmasına, dövlət məmuru ərkanına kölgə salanların likvidasiyasına yönəlib.
Bu mübarizə siyasəti hakimiyyətin dayanıqlılığının maraqları fonunda ictimai maraqların müdafiəsinə də yönəlib. Lakin, bu istiqamətdə hələ çox çalışmalı, demokratik və hürr cəmiyyət quruculuğu istiqamətində ən xırda nöqsanların yoxluğuna nail olmalıyıq.
Sözümüz bunda deyil.
Yazımızın "qəhrəmanı” son günlər media gündəminə çevrilmiş məmur Elşad Məmmədovdur. Ölkənin Qərb bölgəsində var-dövləti ilə göz qamaşdıran bu şəxs “Azərişıq” ASC–nin ən səriştəli kadrlardandır.
Əldə etdiyimiz məlumatlara görə, Elşad Məmmədovun yuxarı təbəqəli məmurlarla əlaqə yaratmaq, hətta qohum omaq bacarığı hədsizdir. Ona görə ki, dil-diş bu adamda ürəyincədir. Qaldı ki, ölkədə adının hallanması ona görədir ki, xüsusilə energetika sisteminin “Azərişıq” ASC –nin yerlərdəki kadrları 2 ildən artıq işləmirlər. Yeyintilərin üstü açılmasın deyə, kadrların yeri tez-tez dəyişdirilir. O cümlədən, Elşad Məmmədov da guya ən bacarıqlı kadr kimi Qazaxdan Bakıya gedəndən qısa bir müddətdə hələ ki, 3 dəfə yeri dəyişdirilib. Əvvəlcə, Bakının Sabunçu rayonuna, sonra Abşeron rayonuna, hazırda isə Bakının digər rayonuna dəyişdirilib. Əlbəttə, burada şübhələnməyə də ehtiyac yoxdur. Ona görə ki, Elşad Məmmədov hansı rayonda işləyibsə, yol verdiyi ciddi nöqsanlara görə media səhiflərinin gündəminə çevrilib.
Bir az bu kadr haqqında tarixi azca vərəqləsək açıqca görərik ki, Məmmədov adicə əmək fəaliyyətinə başladığıl Qazax rayonunda anacq özünə işləməklə məşğul olub. Hələ onun ilk dəfə sovet dönəmində fəaliyyət göstərən Qazax rayon icraiyyə komitəsində əmək müvəkkili, sonra rayon partiya komitəsində köməkçi vəziflərini kənara atsaq, ondan sonra keçdiyi vəzifələrdə hansı əməllərlə məşğul olduğuna məəttəl qalarıq. Məmmədov rayon partiya komitəsi fəaliyyətinə dayandırdıqdan sonra Qazax özəlləşdirmə idarəsinə müdir təyin olundu. İnanın kı, yeyib-dağıtmaq üçün əlinə düşən yağlı fürsətin birini də boş buraxmadı. O, Qazaxın mərkəzi parkında poçtla üzbəüz olan binanın altında xeyli yeri özəlləşdirərək, ayda ona 1000 manatdan artıq gəlir gətirən kişi salonu yaratdı. Həmin binanın qarşısındakı həkimlərin binası deyilən yerdə 1-ci mərtəbədə yaşayış mənzili aldı. Hansı kı, onun Xanlıqlar kəndində topdağıtmaz məhlə evi, torpaq sahələri vardır. Bundan əlavə, hərbi komissarlığın köhnə binasına bitişik otağı özəlləşdirərək övladı üçün peraşki bişirmə, sonra fotoatelye, hazırda isə dərzi salonu kimi iş bacaranlara icarəyə vermişdir. Yəni, bunlar hələ ki, gözəgörünənlərdir.
Özəlləşmə idarəsində özəlləşdirəcəyi yerlərin qurtardığını başa düşən Məmmədov harda var, harda yox özünü energetika sahəsinə verdi. Əvvəlcə, yenə Qazaxda fəaliyyətə başladı. Sonra Şəkiyə, daha saonra yenə Qazaxa, Ağstafaya, ordan da Bakıya üz tutdu. Bu rayonların hansında işləyibsə, həmin yerlərdə Məmmədov yaxşıca talançılığa yol verib. Hətta, Məmmədov Qazaxda işləyərkən Bakıdan gələn gizli yoxlama, Məmmədovun öz xeyiri üçün “levi” verdiyi işıq xətlərini üzə çıxarmış, nəticədə həmin hadisə onun işdən azad olunmasına gətirib çıxarmışdır. Lakin, bayaq söylədiyimiz kimi, hazırda baş nazirin müavini işləyən Şahin Mistafayevin Baba Rzayevə 1 kəlməsi məsələni həll etmişdir. Məmmədov yenə öz işinə qaytarılmışdır. Onu da xataırladaq ki, Elşad Məmmədov oğluna Şahin Mustafayevin qaynı qızını almışdır. Görürsünüz, kişi gələcəyini bilirmiş. Ona görə də, Şahin Mustafyevə arxalanan Elşad Məmmədov necə istəyirsə, eləcə də hərəkət edir.
Qazaxda dəyəri 1 milyoina yaxın“Xan bağı” resoran-istirahət mərkəzinin, ona bitişik 5-dən çox maşın təmiri sexinin ünvanını kimdən soruşsanız, sizə “işıq Elşadın” adı ilə səslənən Elşad Məmmədovun obyektini istinad verəcək. Onu da qeyd edək ki, restoranın özünəməxsus transformatoru da vardır. Yəni, bunların hamısı yüksək vəsaitlə ölçülən əmlaklardır. Məmmədovun “levi” işıq verməsində bu restoranın da adı siyahıya düşmüşdü. Düşünməməyə, narahat olmaya bilmirsən, bəli bu qədər vəsait bu insanda hardandır? Kimlərin hesabınadır? Kimdir bunun havadarı? Təbii ki, məlumdur. Bir imkansıza 1 manat belə köməyi dəyməyən Məmmədovun tutduğu yolun adı nədir?
Elşad Məmmədov dövlətdən oğurladığı misilsiz gəlirlərin hesabına Qazax şəhərində, kooperativ binanın qənşərində bir neçə mərtəbədən ibarət, ən müasir üslubda təxminən otaq sayı 25-dən çox olan bina da inşa etdirmişdir. Təbii ki, hər bir otağın özünəməxsus məişət əşyaları, yataq dəsti, digər adda mebel dəsti və sairə vardır. Bina Qazaxda təhsil alan tələbələrə kirayə verilb. Verilən məlumata görə, binada 50-dən çox tələbə yaşayır. Hər tələbədən 50-70 manat kirayə haqqı alınır. Yəqin ki, Məmmədovun bu gəlirini də hesablamağa dəyər.
Bəs Məmmədov hələ Qazaxda işləyərkən ən yaxınlarını hansı işlərə qoydu? Onun Bakının Razin qəsəbəsində nələri var? Abşeron rayonunda rəis işləyərkən niyə çıxarıldı? Kimlərlə isti münasibəti olub və var? “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Məmmədovu niyə əvəzedilməz kadr kimi tanıyır? Özü və övladları hansı ən bahalı markada maşınlar idarə edirləır?
Elşad Məmmədovun oğlu Qazax Paylayıcı Elektrik Şəbəkəsində baş mühəndis işləyərkən hansı əməlinin güdazına getdi? Və niyə məsuliyyətdən kənarlaşıb?
Haqqında danışdığımız məmur Bakıdan ölkəyə milyarder gözü ilə baxan oliqarxların yanında hələ çox kasıb və yoxsuldur. Amma Elşad Məmmədova da bu suala cavab tapmaq şansını tanımalıyıq:
"AY MƏMUR, DE!, NECƏ VARLANMISAN ?"...
Bilmədiklərinizi növbəti yazılarımızda biləcəksiniz.
mediaxeberleri.az