Azəriqaz Ağsu RQİİ-nin Göyçay XS-nin abonentləri aksiya keçirməyə hazırlaşırlar - Əlavə "yükləmələrə" görə...
15-05-2023, 09:24
Təşkilata verilən məlumata görə Azəriqaz Ağsu RQİİ-nin Göyçay XS-nin abonentlərinə yazdığı əlavə "yükləmələrə" görə əhali arasında kütləvi narazılıq yaranıb . Müxtəlif qurumlara şikayət ərizələri yazılıb və aksiyalar keçirməyə cəhd edirlər. Teref.az yazır ki, bunu Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Miravari Qəhrəmanlı deyir. Daha sonra Mirvari xanım fikirlərini şərh edərək deyir: Deyildiyinə görə Azəriqaz İB rəhbərinin satış üzrə müavini Rəşad Cavadov,metrologiya şöbəsinin rəisi Elçin Qocayev və başqa səlahiyyət sahibləri hal hazırda Göyçaydadırlar. Yəqin ki "problemin" həllinə çalışırlar. Ümidvaram ki,bu dəfə "qazlı" vəzifə sahibləri şikayətçilərdən(şikayətçidən) polisə şikayət edib, onu,xuliqan,polisə müqavimət göstərən, narkoman kimi cəzalandırmağa cəhd etməyəcəklər.