İri tenderlər yenə də “Solamedical”ındır... - MÖCÜZƏ DAVAM EDİR...

15-05-2023, 09:38           
İri tenderlər yenə də “Solamedical”ındır... - MÖCÜZƏ DAVAM EDİR...
Babək Rayon Mərkəzi Xəstəxanası "Dərmanlar, diaqnostik, laborator və digər tibbi təyinatlı vasitələr, ləvazimatlar və materiallar" tenderinin nəticələrini elan edib.

DİA.AZ xəbər verir ki, qalib "Solamedical" MMC (VÖEN: 1504875281) olub.
Qalib şirkətə 335 294 manat məbləğində satınalma müqavilə imzalanıb.

"Solamedical" MMC daha öncə də Ədliyyə Nazirliyi Tibb Baş idarəsinin 2 525 109 manat məbləğindəki dərman preparatlarının və sarğı materiallarının satın alınması ilə bağlı tenderin qalibi olub (10.03.2023).

DİA.AZ bildirir ki, bu da hamısı deyil və ümumiyyətlə, "Solamedical" MMC ölkədə bahalı tenderləri udan bir şirkət kimi də ad çıxarıb ki, bu da kifyət qədər qaranlıq məqamlardan xəbər verir. Hər halda, burası Azərbaycandır və aidiyyatı qurumlar məhz bu arqumentlə araşdırmaya başlaya bilərlər...

DİA.AZ xatırladır ki, artıq 2020-ci ilin ortalarından başlayaraq, şirkətə iri məbləğli tenderlər verilməyə başlayıb. Belə ki, həmin ilin uyun ayında Milli Onkologiya Mərkəzinin elan etdiyi tenderin qalibi olan “Solamedical” 5 milyon 800 min manatlıq müqaviləyə imza atıb.

Bundan cəmi bir ay əvvəl isə həmin şirkət Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin “Dərman preparatlarının və sarğı materiallarının satın alınması” məqsədilə keçirdiyi tenderi qazanıb. Bu tenderin nəticəsində isə Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin “Solamedical” MMC-yə 2 milyon 90 min manat ödəyib. Beləliklə, bu MMC cəmi il yarıma dövlət qurumlarından üst-üstə 10 milon manata yaxın dəyəri olan tenderlər alıb.

O da maraqlıdır ki, rəsmən Nərimanov rayonu M.Araz, ev 18 ünvanında qeydiyyatda olan “Solamedical” MMC-nin adına açıq mənbələrdə tender elanlarından başqa demək olar ki, heç yerdə rast gəlinmir. Milyonlara hökm edən şirkətin nə veb-saytını, nə də sosial şəbəkələrdə hesabını tapmaq olmur.

Xatırladaq ki, ölkə başçısı dəfələrlə dövlət qurumlarının rəhbərlərini tenderləri öz yaxın adamlarına, şirkətlərinə verməkdə və bununla da korrupsiya əməli törətməkdə günahlandırıb: “Bəzi hallarda bizdə korporativ maraqlar üstünlük təşkil edir. Elə hallar var ki, bir və ya bir neçə şirkət bütün tenderlərdə qalib gəlir...”

İddia olunanlarla bağlı teref.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.