Vüsal Talıblı nazirliyə kələk gəlir? - Yüz hektarlarla meşə torpağının gizli əkildiyi deyilir...
17-05-2023, 12:37
Ekologiya və Təbii Sərvətlər nazirliyinə tabeli olan bir sıra qurumlarda ciddi maxinasiya halları baş verməkdədir. Ölkədə hökumətin aqrar sahənin inkişafına verdiyi dəstəkdən "yararlanan" bu qurumlar meşə torpaqlarının bir hissəsini müxtəlif adamlara icarəyə verir, daha məhsuldar olan əraziləri isə yaxın ətraflarına məxsus adamların adlarına rəsmiləşdirərək özləri əkir.
AzFakt.com saytının əldə etdiyi məlumata görə dövlətə məxsus meşə ərazilərini dədə mülkü kimi icarəyə verən, ən məhsuldar torpaqlarda özünə təsərrüfat yaradan məmurlardan biri də Sabirabad Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Vüsal Talıblıdır.
Qalmaqalları ilə daim gündəmdə olan Vüsal Talıblının Ekologiya və Təbii Sərvətlər nazirinin birinci müavini Vüqar Kərimovun adamı olduğu bildirilir.
Hələ bir müddət öncə mediada Vüsal Talıblının Vüqar Kərimova 70 min manat verərək vəzifəyə gəldiyi iddia edilirdi.
Əldə etdiyimiz məlumata görə hazırda Sabirabad Regional Meşə Təsərrüfatı Mərkəzinin 700 hektara yaxın torpaq sahələrində əkin işləri aparılıb. Ancaq buna baxmayaraq, bu əkin sahələrinin mühüm hissəsi rəsmi müqavilələrdən kənarda saxlanılıb.
Mərkəz direktorunun bu addımı atmasına səbəb isə müqavilə üzrə ödənilən vəsaiti mənimsəməklə yanaşı, həm də əkinlən sahələrinin əsas hissəsinin pnun özünə məxsus olmasıdır.
Mövzunu diqqətdə saxlayacağıq.