Bağlanan “Günay Bank”ın sahibi kimdir? – Açıqlanan faktlar bunlardır.... bəs gizli qalanlar?

17-05-2023, 16:59           
Bağlanan “Günay Bank”ın sahibi kimdir? –
Xəbər verdiyimiz kimi, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 16 may 2023-cü il tarixli Qərarı ilə “Günay Bank” ASC-nin lisenziyası 17 may 2023-cü il tarixindən etibarən ləğv edilib.
TEREF.AZ Yeniavaz.com-a istinadla xəbər verir ki, ləğv olunan “Günay Bank” ASC 02.04.1999-cu ildə dövlət qeydiyyatına alınıb.
Nizamnamə kapitalı 64 milyon 910 min 93 manat olan bankın rəsmi saytında yer alan məlumatda isə qeyd olunur ki, “Günay Bank” Mərkəzi Bank tərəfindən 1992-ci ildə verilən icazə əsasında fəaliyyət göstərir.
Bankın Müşahidə Şurasının sədri və əsas səhmdarı olan Mahmud Məmmədov 1981-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Stomatologiya fakültəsini bitirib.
1990-cı illərdə Azərbaycanın tanınmış iş adamlarından olub. Mahmud Məmmədov eyni zamanda Demokratik Sahibkarlar Partiyasının (ASDP) qurucusu olub. ADSP 1994-cü ildə qeydiyyata alınıb. ASDP ləğv olunaraq hakim Yeni Azərbaycan Partiyasının (YAP) sonuncu qurultayında bu partiyaya qoşulub. Partiyanın sədri 2011-2019-cu illərdə Şamaxı rayon İcra Hakimiyyətinin 1-ci müavini olan Qasım Qasımov olub. Partiyanın qurucusu və ilk sədri olan Mahmud Mahmudov eyni zamanda “Günay Sığorta” şirkətinin əsas səhmdarlarından biridir.
Mahmud Məmmədov ANS televiziyasından sonra Azərbaycanda ilk özəl televiziya kanalı olan BMT TV-nin sahibi olub. Bundan başqa 1990-cı illərdə böyük tirajla çıxan və pulsuz olaraq paylanılan “Günay” qəzeti də Mahmud Məmmədova məxsus olub.
Mahmud Məmmədovun təsis etdiyi “Günay” qəzeti böyük formatda (A2), rəngli çıxırdı. Qəzetin baş redaktoru tanınmış jurnalist Orxan Fikrətoğlu olub.
Mahmud Məmmədov bu yaxınlarda mətbuata verdiyi açıqlamada bildirib ki, ötən əsrin 90-cı illərinin əvvəlində mərhum prezident Heydər Əliyevə dəstək verdiyi üçün həyatına sui-qəsd olunub. Daha sonra Milli Məclisin sabiq spikeri, hazırda ABŞ-da yaşayan Rəsul Quliyev ilə aralarında olan qarşıdurma səbəbindən ölkəni tərk edib.
Mahmud Məmmədovun adı sonuncu dəfə mətbuatda “Günay Bank” ASC-nin idarə heyətinin sədr müavini Emin Zeynalovun əmanətçilərin 100 milyona yaxın vəsaitini götürərək ölkədən qaçdığı barədə məlumatlarda hallanıb. Daha sonra mətbuata açqılama verən Mahmud Məmmədov iddiaların əsassız olduğunu bildirib. Mahmud Məmmədov Emin Zeynalovu başqa şəxslərə borcu olduğu üçün işdən çıxardığını təsdiqləyib.
Həqiqətən Heydər Əliyevə görə sui qəsd olub?
Ayaz Mütəllibov və o zamanki KQB faktoru...
Teref.az olaraq keçmişin qaranlıq səhifələrini açmağa çalışacağıq?
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.