Səkinə Sadıqovaya Cinayət Məcəlləsinin 3 maddəsi ilə iş qaldırıldı... - Sumqayıt Tibb Mərkəzinin direktorunun 3 milyonluq yeyintisi...

19-05-2023, 07:47           
Səkinə Sadıqovaya Cinayət Məcəlləsinin 3 maddəsi ilə iş qaldırıldı... -
“Sumqayıt Tibb Mərkəzin”də baş verən qanunsuzluqlarla bağlı Cinayət Məcəlləsinin 3 maddəsi ilə cinayət işi başlanılıb.
Bu barədə bir neçə gün öncə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yaymışdır. Mətbuat xidmətinə istinadən yayılan xəbərdə deyilirdi ki, “Sumqayıt Tibb Mərkəzi” PHŞ tərəfindən dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunmasına dair qanunvericiliyin pozulması barədə Hesablama Palatasından daxil olmuş material əsasında Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.
Aparılmış araşdırma ilə qeyd olunan hüquqi şəxsin vəzifəli şəxsləri tərəfindən Sumqayıt şəhəri ərazisində fəaliyyət göstərən Dövlət Tibb Müəssisələrində cari təmir işlərinin aparılması ilə bağlı dövlət büdcəsindən ayrılmış külli miqdarda pul vəsaitinin təyinatı üzrə xərclənməməsi və mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin üç maddəsi ilə Səkinə Sadıqova barəsində cinayət işi qaldırılıb. Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Bura qədər yazılanlar rəsmi məlumatlardır.
Məlumat üçün onuda qeyd edək ki, 2019-cu ildən Sumqayıt Səhiyyə Şöbəsinə Səkinə Sadıqova rəhbərlik edib. Sonradan Sumqayıt şəhər Səhiyyə Şöbəsinin bazasında yeddisi Ailə Sağlamlıq Mərkəzi və dördü şəhər xəstəxanası olmaqla 18 tibb müəssisəsindən ibarət Sumqayıt Tibb Mərkəzi yaradılıb. Və Səkinə Sadıqova Mərkəzin direktoru olub.
Təsəvvür edirsiniz, Səkinə Sadıqova 300 min əhalisi olan Sumqayıt şəhərinin səhiyyəsinə görə məsuliyyət daşıyır, tabeçiliyində 7 Sağlamlıq Mərkəzi, 18 tibb müəssisəsi, Təcili Yardım və s. İndi özünüz Səkinə Sadıqovanın yığdığı rüşvətin miqyasını təsəvvür edin. Onuda bildirək ki, Sumqayıt Tibb Mərkəzi Təbibə tabedir. Səkinə Sadıqova bu tibb müəssisəsinə rəhbər təyin edildiyi gündən bütün mətbuat bar-bar bağırırdı ki, Səkinə Sadıqova vəzifə saxtakarlığı edir, yeyintiyə yol verir, amma TƏBİB rəhbəri Vüqar Qurbanov, Səhiyyə Naziri Teymur Musayev və başqaları nədənsə Səkinə Sadıqovanı ən yüksək səviyyədə müdafiə edərək, hətta jurnalistləri Bakı Şəhər Baş Polis İdarəsinə cağırtdıraraq, ərizələrinin geri götürülməsini tələb edirdilər. Baxın və şahid olun, cəsarətli jurnalistlər apardıqları araşdırmanı və Səkinə Sadıqovanın bütün təzyiqlərinə dözərək, göndərdiyi bütün rüşvətlərdən imtina edərək, Dövlət Orqanlarından işin araşdırılmasını tələb etdilər, sonunda isə lazım olan nəticə əldə olundu.
Budur, araşdırmaçı jurnalistlərin min bir əzab-əziyyət nəticəsində əldə etdikləri nailiyyət. Səkinə Sadıqovanın korrupsiya nəticəsində əldə etdiyi gəlirləri, (köhnə Sovet dövründə buna zəhmətsiz gəlir deyərdilər və cazası isə 15 il idi) TƏBİB-də müavin olan Araz Nəsirovla bölüşdürürmüş.
Görəsən, Səkinə Sadıqovanı zəhmətsiz gəlirləri, yəni aldığı rüşvətlər hesabına yığdığı milyonları bölüşdürdüyü TƏBİB-in müavini Araz müəllim həbsxanadan xilas edə biləcəkmi?
Buyurun tanış olun, Səkinə Sadıqovanın 3 milyondan çox yeyintisi üzə çıxıb. Səkinə Sadıqova bütüb tibb müəssisələrinə əmr verərək bildirib ki, mən bu pulu tək yeməmişəm, sizinlə bölmüşəm.
Zəhmət çəkin bütün işçilərinizlə bərabər pul yığın. Bu pul korrupsiyaya ödənməlidir.
Əldə etdiyimiz məlumatdan o da bəlli olur ki, həmin 3 milyondan cəmisi Səkinə Sadıqova 60 min pul ödəyə bilib. Yerdə qalan 2 milyon 940 min manatı isə tibb müəssisələrinin hesabına ödəmək istəyir.
Görəsən, Səkinə Sadıqovaya sual verirlərmi ki, Səkinə Sadıqova podratçı təşkilatlardan görülən işə görə 30 faiz "şapka" alırdın. Bu məsələyə görə, hansı cavabı verəcəksən. Təcili Tibbi Yardımda bir nəfər sürücünü 10 minə işə götürürdünüz. Bunu biz demirik aaaa, sürücülər deyirdi. Görəsən bu suallara hansı cavab veriləcək?
Hətta Səkinə Sadıqovanın ən yaxın adamlarından biri deyir ki, Səkinə Sadıqova öz otağına girərək möhkəmdən qışqıra-qışqıra danışır. Məni heç kim həbsxanaya sala bilməz. Mən aldıqlarımı tək yeməmişəm. Mənim arxamda Araz Nəsirov dayanır, Teymur Musayev dayanır, Vüqar Qurbanov dayanır.
Bəli, dayanır.
Səkinə xanım, nəzərinizə çatdıraq ki, adlarını çəkdiyiniz şəxslər sizin arxanızda sizə qarşı cinayət işi qaldırılana qədər dayanırdılar. Bundan sonra siz onlardan heç bir kömək gözləməyin. Çünki, sizin vəzifənizi gözləyən Səkinə Sadıqovalar o qədər çoxdur ki, haqqında Cinayət Məcəlləsinin 3 maddəsi ilə cinayət işi qaldırılan şəxs artıq onlara lazım deyil. Ona görədə arxanca həbsxanaya kimlər ki, yaxşı sovqat gətirəcək onlardan bərk muğayat ol. Onların sayı çox az olur. Səni nikbin notlara kökləmək istəmirik. Amma 2 ildir deyirdik ki, hazır ol GƏLİRLƏR.
Səkinə Sadıqova 2021-2022-ci illərdə saxta tenderlər keçirib və yüz minlər mənimsənilib. Və hər kəsə də deyir ki, dalımda TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun müavini Araz Nəsirov dayanıb.
Məlumat üçün qeyd edək ki, Araz Nəsirov 2018-2022-ci illər ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Strateji təhlil departamentinin rəhbəri olub, hazırda TƏBİB-in icraçı direktorunun müavinidir.
Sözün qısası, Sumqayıt şəhər səhiyyəsinin başına oyunlar açan Səkinə Sadıqovanın həbsi qaçılmazdır. Adam istəyir deyə ki, avazın yaxşı gəlirdi Səkinə Sadıqova, deyirdin dalımda Araz Nəsirov dayanır... Amma Səkinə Sadıqova TƏBİB-in icraçı direktorunun müavini Araz Nəsirova o qədər arxayın olub ki, Sumqayıt Səhiyyəsində istədiyini edib. Çünki, Araz Nəsirov həmişə Səkinə Sadıqovaya deyirmiş ki, biz təzə komandadanıq bizə heç kim heçnə etməz. Nə istəyirsiz onu da edin. Burada söhbət qanunsuz əməllərdən gedir. Ötən yazımızda bildirmişdik ki, Səkinə Sadıqova hamını pulla almaq fikrinə düşmüşdü. Nə Gündəlik-baku.com-u pulla ələ ala bildi, nədə Səkinə Sadıqovanı yoxlayan cəsarətli hüquq mühafizə orqanları işçilərini. Biz bu çətin işimizdə bizə əngəl olan Səkinə Sadıqovaya, dəstək olmaq istəyən Hüquq Mühafizə Orqanları haqqındada yazı dərc edərək yuxarı instansiyalara göndərəcəyik. Cəsarətli, inamlı, ədalətli addımlarımız həmişə qələbə ilə nəticələnib. Biz öyünmürük ki, hansısa qadına qarşı cinayət işi qaldırdılar, biz öyünürük ki, hansısa rüşvətə, korrupsiyaya bulaşdırılmış və bulaşdırılmaqda davam edən bir qadını uçurumun düz başından xilas edirik.
P.S. Bir zamanlar Səkinə Sadıqova barəsində mətbuatda yazılmışdı ki, o, Məştağada xəstəxanada müalicə alıb. Belə zarafat olmasın, o kağızı tap, Səkinə xanım qoy ortalığa bəlkə karına gəldi.
gundelik baki.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.