Muxtar Babayevin Cəlilabad meşələrində olan "biçənək biznes"i

23-05-2023, 12:15           
Muxtar Babayevin Cəlilabad meşələrində olan "biçənək biznes"i
Bir qrup Cəlilabad sakininin "nyus.az" saytına verdiyi məlumatda bildirilir ki, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin Cəlilabad meşələrindəki 1000 hektardan çox olan biçənək (ot) pulları, hər hektara 40-50 manatdan yığılaraq yeyilir, qalan açıq sahələr isə mal-qara örüşü kimi vətəndaş və sahibkarlara satılıb.

Sakinlərin redaksiyamıza bildirdiyinə görə, Cəlilabad meşələrinin meşəbəyisi "pivə satan" ləqəbi ilə tanınan Elman Əliyev biçənık pulların yığıb yeyir. Beləki bu şəxs vətəndaşlardan biçənək adıyla yığılan, lakin vətəndaşın adına köçməli olan pulları, hesaba öz adına köçürdüb. Hətta bu barədə sakinlər tərəfindən şikayət də olunub və işin araşdırılması 1saylı Regional ekologiya müfəttişi Talıb Kərimova tapşırılıb. Talıb Kərimov Elman Əliyevə bildirib ki, əgər bu işin üstü açılsa o zaman səni tutacaqlar. Bu sözdən sonra Elmanın arterial qan təzyiqi qalxıb və özünü pis etməyə başlayıb.

"Elman Əliyev bütün günü sərxoş halda gəzdiyi və onun heç ayıq başlı günü olmadığın", - deyə sakinlər qeyd edir.

Şikayətçilər onu da əlavə edirlər ki, 7 saylı meşənin gözətçisi Mircəlal Cəfərov 200 hektara yaxın biçənək sahələrinin pullarının əksər qismini ot sezonundan (mart ayından) əvvəl vətəndaşlardan yığıb, qalan biçənək yerlərin isə öz yaxın qohumları zəbt edib.
Mircəlal biçənəklərdən yığdığı pullar hesabına, bir neçə ay öncə özünə "Vaz 2107" markalı bir maşın da alıb.

P.S. burdan belə görünür ki, 7 saylı dolay təkcə Cəfərovlar ailəsinə məxsusdur.

Qarşı tərəfi dinləyib mövqeyin dərc etməyə hazırıq.

Nyus.Az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.