Azərqazda korrupsiya: "Muğanlı- İsmyıllı- Qəbələ yolunda qaz xətlərini dəyişdirərkən...."

26-05-2023, 11:04           
Azərqazda korrupsiya:
Yoxlanılmasına, dəqiqləşdirilməsinə, araşdırılmasına ciddi ehtiyac duyulur. Əgər verilən məlumat düzdürsə , bu artıq korrupsiyadır. Bizə yazdılar:
"-Muğanlı- İsmyıllı- Qəbələ asfalt yolun genişlənməsi məqsədi ilə gedən işlərdə qaz xətlərinin yerinin dəyşilməsi üçün texniki şərt hazırlanmışdı. Texniki şərtə əsasən yer üstü gedən D 219 mm və D 159 mm qaz xətlərinin yer altı aparılması üçün layihə də hazrlnmışdı. Layihə smeta sənədlərinə əsasən yerin altı ilə aparılacaq qaz xətti polietilen borulardan ibarət olmalı idi."
Teref.az xəbər verir ki, bunu Neftçilərin Hüquqlarını MNüdafiəsi təşkilatının rəhbəri Mirvari Gahramanli yazır. Daha sonra Mirvari xanım fikirlərini şərh edərək yazır:
"Lakin Azəriqaz İB Ağsu RQİİ - nin rəhbərliyi ( rəis Osman Beybudov, Baş mühəndis Zaur Məmmədov və İsmayıllı Xidmət sahəsi üzrə rəis müavini Qurban Mehdiyev) Azəravtoyol Dövlət Agentliyinin işlərini yerinə yetirən "YEVROHOM" şirkətinin nümayəndəsi Elman adlı şəxslə “müəyyən razılaşma ☝️”daxilində müvafiq sənəd olmadan, qaz xətləri yeraltı( layihə smeta sənədlərinə uyğun) deyil,yerüstü aparılmışdır(geri çəkilmişdir) və üstü rənglənmiş köhnə borulardan istifadə olunmuşdur. Məlumatda , Girdman çay üzərindən keçən qaz xətlərinin yerini dəyişilməsi zamanı, İsmayıllı rayonu Qurbanəfəndi kəndində Göyçay çayı üzərindən keçən və İsmayıllı rayonu Qalacq kəndinə gedən D 159 mm orta təyziqli 1200 metir və D 219 mm orta təyziqli 720 metr boru , Girdimançayın İsmayılnı ərazisindən keçən hisəsinin üzərindən keçən D 159 mm orta təziqli 600 metr boruların doğranıb satıldığı da qeyd olunub."
Mirvari Gahramanli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.