AZPUL kredit şirkətinin vəzifəli şəxsi daha böyük məbləğdə cərimə edildi

17-11-2024, 12:34           
AZPUL kredit şirkətinin vəzifəli şəxsi daha böyük məbləğdə cərimə edildi
Azərbaycan Mərkəzi Bankı “BOKT AZPUL” MMC-nin, “PARA BOKT” ASC-nin və “MJ Financial Services BOKT” ASC-nin vəzifəli şəxslərinin inzibati məsuliyyətə cəlb olunmaları barədə məlumat yayıb.

Marja xəbər verir ki, ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinin və “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbilə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq, Bank olmayan kredit təşkilatı AZPUL MMC-nin vəzifəli şəxsi 6 000 (altı min) manat məbləğində cərimə edilmişdir.

BOKT “Azpul” MMC 2020-ci ildən lisenziya əsasında ölkənin mikrokredit bazarında fəaliyyət göstərir. Təşkilat AZPULMAT tətbiqi vasitəsilə kreditlər təklif edir.

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinin və “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbilə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq, “PARA” Bank olmayan kredit təşkilatı ASC-nin vəzifəli şəxsi 2 000 (iki min) manat məbləğində cərimə edilmişdir.

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinin və “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbilə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq, “MJ Financial Services Bank olmayan kredit təşkilatı” ASC-nin vəzifəli şəxsi 1 500 (min beş yüz) manat məbləğində cərimə edilmişdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru