Dünyanın 10 məşhur futbol klubunun rəsmiləri COP29-da - Yeni alyans yaradılır

17-11-2024, 11:44           
Dünyanın 10 məşhur futbol klubunun rəsmiləri COP29-da - Yeni alyans yaradılır
"Qarabağ" futbol klubunun təşəbbüsü ilə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində yaradılan Futbol Klublarının İqlim Dəyişikliyi ilə Mübarizədə Birgə Alyansında 11 komanda yer alıb.

Oxu.Az xəbər verir ki, COP29 Sədrliyi və Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının dəstəyi, "Qarabağ" və Avropa Klublar Assosiasiyasının (ECA) birgə təşkilatçılığı ilə təsis olunan alyansda Türkiyə millisinin sabiq baş məşqçisi Fatih Terim, Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov, "Qarabağ" klubunun prezidenti Tahir Gözəl, baş məşqçisi Qurban Qurbanov, "Zirə" klubunun baş məşqçisi Rəşad Sadıqov və "Liverpul", "Tottenhem" (hər ikisi İngiltərə), "Atletiko Madrid", "Real Betis" (hər ikisi İspaniya), "Fənərbağça", "Qalatasaray" (hər ikisi Türkiyə), "Udineze" (İtaliya), "Porto" (Portuqaliya), "Flamenqo" (Braziliya), "Malmö" (İsveç) klublarının rəsmiləri iştirak edirlər.

Sadalanan klublar alyans yaradılması barədə sənədə imza atacaqlar. Hazırda dünya futbolunda dayanıqlılıq lideri olan "Liverpul" və bu sahədə öncüllərdən sayılan "Udineze" də zəngin təcrübələrini digər klublarla bölüşürlər. Klublar dayanıqlılıqla bağlı sınaqdan keçirdikləri unikal layihələr barədə təqdimat edirlər. Sözügedən 11 tanınmış klub qurumun yaradıcıları hesab olunacaq.

Qeyd edək ki, dayanıqlılıq baxımından fəal olan digər klublar "Qarabağ" və ECA tərəfindən bu alyansa dəvət ediləcəklər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru