Gürcüstan təmsilçisi "Uşaq Avroviziyası 2024"ün qalibi olub.
Oxu.Az xəbər verir ki, Andria Putkaradze ölkəsinin müsabiqədə qələbə qazanan sayca dördüncü nümayəndəsidir. Bu nəticə ilə Gürcüstan müsabiqənin rekordçusu olub.
Putkaradze "To My Mom" mahnısı ilə tamaşaçıların rəğbətini qazanıb.
Qeyd edək ki, müsabiqə 17 ölkənin iştirakı ilə İspaniyanın paytaxtı Madriddə keçirilib.