Çində onlayn oyunun qalibləri milyonlarla dollar mükafat aldılar

17-11-2024, 17:17           
Çində onlayn oyunun qalibləri milyonlarla dollar mükafat aldılar
Mükafat fondu 70 milyon yuan (təxminən 10 milyon dollar) olan "Honor of Kings" onlayn oyunu üzrə "King Pro League Grand Finals 2024" çempionatı başa çatıb.

Oxu.Az xəbər verir ki, bu barədə championat.com məlumat yayıb.

Yarış çərçivəsində 12 Çin komandası, demək olar ki, 10 milyon dollara bərabər olan ümumi mükafat fondu uğrunda bir aydan çox mübarizə aparıb.

Turnirin finalında "AG Super Play" və "Wolves" komandaları üz-üzə gəlib. Həlledici görüş birincilərin 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Qalib 22 milyon yuan (təxminən 3 milyon dollar) qazanıb.

Çempionat oktyabrın 2-dən noyabrın 16-dək Çinin dörd şəhərində keçirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru