Sumqayıt RETSİ-ndən Prezidentə ŞİKAYƏT: "Cənab Prezident, Həbib Əzizov qondarma “Sumqayıt” RETSİ-yə rəis təyin edilən kimi dərhal mənimlə “revanşa” başladı.." FOİTO

5-06-2023, 00:09           
Sumqayıt  RETSİ-ndən Prezidentə ŞİKAYƏT:
“Azərişıq” ASC-dəki özbaşınalıqlarla bağlı Dövlət Başçımıza və digər qurumlara ünvanladığım şikayətimi rəhbəri olduğunuz saytınızda dərc edilməsinə Sizə və bütün kollektivinizə minnətdarlığımı bildirirəm.
Xahiş edirəm növbəti müraciətimi də olduğu kimi saytınızda dərc olunması üçün mənə yardımçı olasınız.
Bildirirəm ki, “Azərişıq” ASC-nin qondarma “Sumqayıt” RETSİ-dəki qanunsuzluqlar, özbaşınalıqlar və s. eybəcərlikləri ifşa etdiyim üçün “Sumqayıt” RETSİ-nin rəisi həbib əzizov “çıxış yolu” kimi “yeni” qanunsuzluqlara “imza” ataraq məndən qisas alır. Belə ki, “Azərişıq” ASC sədri Vüqar Əhmədov Dövlət Başçısının Sərəncamı ilə “Azərişıq” ASC-nin təsdiq edilmiş strukturundakı “Şimal” RETSİ-ni ləğv edib 2 yeni qondarma region-“Sumqayıt” RETSİ və “Xaçmaz” RETSİ-ni yaratdılar. Qanunsuz yaradıldığı üçün idarənin girişində “Sumqayıt” RETSİ-nin adı yox “Şimal” RETSİ-nin adı gedir. Prezidentin Sərəncamı əsasında təsdiq edilmiş strukturda Sumqayıt və Xaçmaz RETSİ-lər yoxdur. https://e-qanun.az/framework/30261 “Azərişıq” ASC-nin rəsmi internet səhifəsində belə Sumqayıt RETSİ adlı region yoxdur. https://www.azerishiq.az/menu/regional-unvanlarimiz Sumqayıt RETSİ-yə aid rayonlar da Xaçmaz RETSİ-nin tərkibində göstərilir. https://www.azerishiq.az/menu/regional-unvanlarimiz

Qondarma regionlar yaradılandan sonra gülbacı dadaşovanın təkidi ilə mənə və digər işçilərə məcburi ərizə yazdıraraq “Xaçmaz” RETSİ-yə keçməyi əks təqdirdə isə işsiz qoymaqla hədələndik. Cənab Prezidentə etdiyimiz şikayətdən sonra “Azərişıq” ASC sədri məni də qəbul edib dinlədi, əmək haqqımı artıracağına və məcburi köçkün, ali təhsilli həyat yoldaşımı işlə təmin edəcəyinə dair SÖZ verdi. Lakin rəhbər şəxs kimi sözünə sahib çıxmadı. həbib əzizov qondarma “Sumqayıt” RETSİ-yə rəis təyin edilən kimi dərhal mənimlə “revanşa” başladı. Gündəlik olaraq işçilərin gördükləri işin yoxlanılmasına dair bir əmr imzaladı. Bununla bağlı komissiya yaradıldı. Gördüyüm işdən anlayışı olmayanlar başımın üstündə dayanıb saniyəölçəni qoşmaqla görəcəyim işlərə nə qədər zaman sərf etdiyimi araşdırırdılar. Bunların AR ƏM-nin tələblərinə zidd olduğunu onlara bildirdim etiraz etdim. Vəzifə səlahiyyətlərimin icrasına qəsdən maneçilik törədərək mənə stress yaşatdıqları üçün idarəyə polis və təcili yardım dəvət etdim.Bu hadisədən sonra özüm və azyaşlı övladlarım : 20.12.2010-cu il doğumlu Cavadova Ayla Vüsal qızı və sağlamlıq imkanları məhdud 21.01.2014-cü il doğumlu Cavadlı Ömər Vüsal oğlunun xəstəlikləri ilə bağlı 25.04.2023-cü ildən, bu günə qədər işə çıxa bilmirəm. Xəstəliyimin 3-cü günündə yaşadığım evə nümayəndələr gəldi. Öz evimdə azyaşlı övladlarımın yanında da mənə stress yaşatdılar. “Sumqayıt” RETSİ-nin rəisi həbib əzizov regionun əməkdaşlarını başına toplayıb sanki düşmən üzərində zəfər çalırmış kimi məni AR ƏM-nin “70 c” maddəsi ilə işdən qovduğunu bildirib. İndinin özündə bütün kollektiv həbib əzizovun 100 nəfəri toplayıb xəstəlikdə olan sıravi bir texnik-operatoru işdən qovduğunu elan etməsinə istehza edirlər. Region rəisi sıravi bir texnik-operatoru işdən çıxardığına görə iclas edir ?!
Mən 25.04.2023-28.04.2023 tarixlərində xəstə olmuşam. Bunu təsdiq edən 0131487 №-li xəstəlik vərəqəm var. Bu haqda idarəyə məlumat vermişəm. 27.04.2023-cü ildə komissiya üzvləri yaşadığım mənzildə olmalarına və xəstə olduğumu bilə-bilə tərtib etdkiləri təqimatda savadsızcasına 25-27 aprel tarixlərində üzrsüz səbəbdən işə gəlmədiyimi yazmaqla öz bisavadlıqlarını rəsmən özləri təsdiq ediblər. Təqdimatda qeyd olunur ki,-“mənzilin qapısını özü açıb” Yəqin komissiya üzvlərinin yaşadıqları mənzillərininın qapısının qonşuları açır. Təqdimatda son bir neçə ildə vəzifə səlahiyyətlərimi icra etmədiyim yazılıb. h.əzizov vur-tut 2 ay öncə “Sumqayıt” RETSİ-yə rəis təyin edilməsinə baxmayaraq imzaladığı təqdimatda əvvəlki illərdə vəzifə səlahiyyətlərimi icra etmədiyimi iddia etməsi çox gülməlidir. 16 illik iş stajımda mən vəzifələrimi layiqincə yerinə yetirmişəm. Bircə dəfə də olsun xəbərdarlığım belə olmayıb. Təqdimatda təcili tibbi yardım maşını ilə birgə idarəni tərk etdiyim qeyd edilir. həbib əzizov barəmdə yazılan təqdimatı ya oxumadan imzalayıb, ya da təcili tibbi yardım maşını ilə taksini səhv salıb. Təcili tibbi yardım maşını da taksi deyil ki, işçi (özü də iş vaxtı) istədiyi vaxt maşına oturub harasa getsin. Halım pisləşdiyindən həkimlərin rəyi əsasında məni təcili tibbi yardım maşınına yerləşdiriblər. h.əzizova tövsiyə edirəm ki, gülünc vəziyyətdə qalmaması üçün gələcəkdə təqdimat yazarkən savadlı hüquqşünasa və ya vəkilə müraciət etsin.
“Azərişıq” ASC sədri cənab V.Əhmədovun yerində olsaydım ilk öncə bu cür savadsız təqdimata imza edən özü də adını hüquqşünas qoyan həbib əzizovun özünü işdən azad edərdim. Yəqin ki, cənab sədr barəmdə yazılan savadsız təqdimatla hələ tanış deyil. Bunlarla kifayətlənməyən həbib əzizovun göstərişi ilə xidməti kompyüterim iş masamdan götürülüb, idarə binasına girişimə qadağa qoyub. Deyəsən, həbib əzizov “Azərişıq” ASC-yə məxsus idarə binasını öz malikanəsi ilə səhv salır ?!
Bu səbəbdən 0131487, 0208834 və 0131570 №-li xəstəlik vərəqələrini idarəyə əməkdaşımız vasitəsilə göndərmişəm. h.əzizovun göstərişi ilə xəstəlik vərəqələrimi də qəbul etmirlər. Qrafik üzrə növbəti məzuniyyət vaxtımın cari ilin iyul ayında olmasına baxmayaraq, h.əzizovun göstərişi ilə növbəti məzuniyyətdən istifadə hüququma qadağa qoymaqla konstitusiya hüququm da tapdanıb. Sumqayıt şəhərində kifayət qədər savadlı energetiklər olarkən, ixtisaca hüquqşünas h.əzizovun Sumqayıt RETSİ-də nə işi var ?!
Cənab Prezidentimiz əbəs yerə demir ki, :-“Hər kəs öz işi ilə məşğul olmalıdır”!
Hüquşünas h.əzizov hüquqa, qanuna zidd hərəkətlərinin ya fərqində deyil, ya da Ölkə qanunlarını ayaqlayıb özünü şah sayıb, öz “qanunları”nı yeritmək xülyasına düşüb ?!
5-6 “quyruq bulayanlar” istisna olmaqla bütün kollektiv mənə qarşı olan haqsızlığa üsyan edir, haqsızlıq edənləri isə lənətləyirlər. “Sumqayıt” RETSİ-nin həmkarlar təşkilatının 66 yaşlı sədri pensiyaner bayram paşayev 74 yaşlı əyyar qasımov, baş mühasib anar hacıyev, hüquqşünas amid musayev, kadrlar üzrə aparıcı mütəxəssis gülbacı dadaşova qanunsuzluqlara boyun əyirlər. Komissiya üzvü bayram paşayevin özünü araşdırmaq lazımdır. Bunun adı Xaçmaz elektrik şəbəkəsində elektrik montoru gedir. Özü isə həmkarların sədri kimi Sumqayıt RETSİ-nin baş binasında əyləşir. Kabinet “bəyi”dir. İdarədən havayı maaşın alır, həmkarlardan da maaşın, dövlətdən də pensiyasın alır. Mənim ali təhsilli cavan həyat yoldaşım isə işsizdir.
Şər-böhtanla xəstə övladlarımın çörəyinə bais olmaq istəyənlərə deyirəm :
-“kişi prinsipiallığını kişiyə nümayiş etdirər, qadına yox. Prinsipi də kişi kimi aparmaq lazımdır. Şər atmaqla yox ! Himayəsində sağlamlıq imkanları məhdud azyaşlı övladı olan anayla prinsip aparandan sonra evinizə gedib ailənizin övladlarınızın üzünə necə baxırsınız ?!
“Allah bəlanızı versin deyirəm” deyirəm. “Allah elədiklərinizi özünüzün və balalarınızın qarşısına çıxarsın” ! İbadət pərdəsi altında gizlənib, haqqıma girənlərin ibadətlərini Allah heç qəbul etmir ! Boşuna aktyorluq etməyin”
həbib əzizova səslənirəm :-“Mənim kimi sıravi bir texnikə görə bütün kollektivi toplayıb işdənçıxma əmrim olmadan işdən çıxarılmağım barədə feyk xəbərlər yayarkən zəifliyinizi və idarəetmədə təcrübəsizliyinizi nümayiş etdirməniz mənə yetər !
74 yaşlı əyyar qasımov kollektiv iclasda işdən çıxarılmağımla kollektivin “təmizləndiyini”. Bildirib. əyyar qasımova səslənirəm :-“ay pensiyaner əyyar qasımov, kollektivimiz cari ilin sentyabr ayında məhz sənin kimisindən qurtulduqdan sonra, sənin yerinə Cənab Prezidentin yürütdüyü siyasətə uyğun olaraq mənim kimi cavanlar təyin olunandan sonra "təmizlənəcək”. Aylıq maaşımın 2 misli qədər dövlət sənə pensiya verir. sənin kimi pensiyanerlərin üzündən nə qədər gənc işsizdir”. İşsiz gənclər işlə təmin olunmaq üçün sənin kimi pensiyanerlərin axirətə getməyini gözləməlidir ?!
Dövlət Əmlakının mənimsənilməsi, vəzifə saxtakarlığı, rüşvətalma maddələri ilə həbs edilmiş keçmiş məhkum sakit baxışov kimi pensiyaner “Azərişıq” ASC-nin insan resursları departamentinə rəhbərlik edir. Dövlət əmlakının mənimsənilməsi, rüşvətalma, təkrar vəzifə saxtakarlığı maddələri ilə həbs edilmiş pensiyaner çingiz ibadov kimi digər keçmiş məhkumlar Azərişıqda rəhbər vəzifələrdə işləyir. (https://az.trend.az/azerbaijan/society/915278.html)
Respublika Hərbi Prokurorluğunda idarə rəisi kimi həmin strukturun fəaliyyətinə rəhbərliyi zəruri tələblər səviyyəsində təşkil edə bilmədiyinə, xidməti və icra intizamının pozuntusu hallarına yol verdiyinə, aşkar qanunsuzluqlar və nöqsanların aradan qaldırılması üçün tədbirlər görmədiyinə görə, Baş Prokurorluğun əmrilə vəzifədən azad edilən Xalid Təhməzov hazırda ASC sədri Vüqar Əhmədovun müşaviridir. Necə olur ki, bunlar qala-qala mənim kimi sıravi texnik-operator haqqımı tələb etdiyim üçün idarənin nüfuzuna xələl gətirirəm ?! Heç olmasa “öz gözlərindəki” tirləri görün. Necə olur ki, bunlar qala-qala mənim kimi sıravi texnik-operator haqqımı tələb etdiyim üçün idarənin nüfuzuna xələl gətirirəm ?! Yoxsa “öz gözünüzdəki” “tirləri” görmək istəmirsiniz ?!
Dövlət əmlakına “əl uzatmağı” mən birbaşa Dövlətə, Cənab Prezidentə xəyanət sayıram. Cənab Prezidentimizə, Dövlətimizə xəyənət edənləri “iti qovan kimi” qovmaq lazımdır !
“Azərişıq” ASC-ni 65 yaş üstü (65+) penisyenerlərdən, dövlət əmlakını mənimsənilməsi, vəzifə saxtakarlığı, rüşvətalma, vəzifə səlahiyyətlərini aşma, təkrar rüşvətalmaya görə həbs ediən keçmiş rüşvətfxor məhkumlar yığınından, özbaşına məmurlardan “təmizlənməlidir” !
Xəstəlik vərəqələrimi qəbul etməyənlərə, imza etməyənlərə səslənirəm :-“qanunlardan qorxmursunuzsa qəbul etməyin, imzalamayın, əmək haqqımı, məzuniyyətimi verməyin ! Cəsarətiniz, qürurunuz varsa sözünüzün üstündə dayanın” !
Əks təqdirdə, Cənab Prezidentimizə istinadən erməni paşinyana dediyi kimi, :-“ nə oldu vermirdim deyirdin bəs niyə verdin” deyəcəyəm !
Qeyd etmək istəyirəm ki, “Azərişıq” ASC-nin qondarma “Sumqayıt” RETSİ-yə rəisi 37 yaşlı ixtisasca hüquqşünas-həbib əzizov Azərbaycan Respublikasının 2-ci baş naziri Rəhim Hüseynovun nəvəsidir.
Mən Dövlətimizin Başçısına, Ölkəmizin Birinci Xanımına, Dövlətimizin Qanunlarına sığınaraq xahiş edirəm: “Azərişıq” ASC-də Cənab Prezidentin göstərişlərindən nəticə çıxarmayan məmurların cəzalandırılması, özbaşınalıqlara son qoyulması, qurumda Ölkə qanunlarının bərqərar olunması üçün tədbir görəsiniz.
Öncədən Sizə minnətdaram.


Hörmətlə, J.Ə.CAVADOVA



















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.