Azəriqaz İB in tərkibində olan Bakı Regional Qazın Satış Departamenti onun rəisi Zamin Mehrəliyev tərəfindən "mafyalaşıb" VİDEO

12-06-2023, 09:24           
Azəriqaz İB in tərkibində olan Bakı Regional Qazın Satış Departamenti onun rəisi Zamin Mehrəliyev tərəfindən "mafyalaşıb"  VİDEO
Azəriqaz İB in tərkibində olan Bakı Regional Qazın Satış Departamenti onun rəisi Zamin Mehrəliyev tərəfindən "mafyalaşıb".
Əgər mühəndis və ya çilingər heyyətindən biri ona olan haqqsızlığa (istismara) səsini çıxardıb etirazını bildirərsə, sizdən xidməti məlumat yazılaraq eyni departamentin hüquq Şöbəsinə göndəriləcək.
Teref.az xəbər verir ki, bunu Azəriqaz İB nin Bakı Regional Qazın Satışı Departamenti Nərimanov Xidmət sahəsində işləyən Elnur Mirzəyev öz fesbuk səhivəsində yazır. Yazdıqlarını şərh edən Elnur bəy daha sonra yazır:
Hüquq şöbəsində sizin izahat yazmağınızın heç bir mənası yoxdur artıq sizdən xidmət məlumat yazılanda intizam tənbehinin növü artıq deyilir. Misal üçün Elnurdan xidməti yazan sifariş verirki töhmət verilsin və s. Bu birinci məsələ.
İkinci isə eyni departamentin tərkibində İstehlakçılara satılan qaza nəzarət şöbəsi var. Əgər etiraz bildirsəniz günü elə sabah ərazinizdə həmin şöbənin əməkdaşlarını görəcəksiniz. El təbirincə desək "qara maskalılar" sizin əraziyə yoxlanışa çıxacaqlar. Həmin bu iki şöbə tərəfindən artıq siz təhdid edilirsiz. Burda artıq məqsəd Azəriqaz İb naminə yox Zamin müəllim şəxsi rəyidir. Yaşadığım hadisələri yazdım. Ardı var.
Teref.az olaraq şikayətdə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Elnur Mirzəyev
Teref.az













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.