İcra Başçısı Malik İsaqovdan yaşıllaşdırma işləri - Ötən il də eyni işə görə tender elan etmişdi

19-08-2023, 10:21           
İcra Başçısı Malik İsaqovdan yaşıllaşdırma işləri -
Qubadlı Rayon İcra Hakimiyyətinin yaşıllaşdırma işləri ilə bağlı elan etdiyi tenderin qalibi bəlli olub.

Teref.az yazır ki, 32gun.az-ın məlumatına görə, tenderin qalibi "DİRÇƏLİŞ 14" MMC olub. Tərəflər arasında 138.375,06 AZN-lik müqavilə imzalanıb.

Bildirək ki, nizamnamə kapitalı 10 AZN olan şirkətin qanuni təmsilçisi ELÇİN VƏLİYEV MƏHƏMMƏD OĞLUdur.

Xatırladaq ki, Qubadlı Rayon İcra Hakimiyyəti 11.11.2022-ci ildə də yaşıllaşdırma işləri ilə bağlı tender elan etmişdi. "R-İNŞAAT GROUP" MMC ilə icra orqanı arasında 80.281,3 AZN-lik müqavilə imzalanmışdı.

Qubadlı rayonu İcra Hakimiyyətinin Başçısı Malik İsaqovdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru