Gəncədə illərdir həll olunmayan problem - Məmurların heç tükü belə tərpənmir VİDEO

1-10-2023, 11:56           
Gəncədə illərdir həll olunmayan problem -
Gəncənin Nizami Gəncəvi küçəsinin sakinləri kanalzasiya problemindən şikayətlənir. Burada nə yol infrastrkturu var, nə də kanalizasiya xəttləri. Sakinlər evlərinin qarşısında kanalizasiya quyuları qazıb. Bu da üfunət qoxusuna səbəb olur. Sakinlər bunla bağlı dəfələrlə müraciət etsələr də məsələ həllini tapmayıb.
Yaşayış massivi Gəncənin əsas küçələrindən biridir. Şəhərin tam mərkəzinə iki-üç çıxışı var. Lakin rəsmilər sakinlərin üzləşdiyi çətin durumu görməzdən gəlirlər.
Yerigəlmişkən biz də sakinlərin şikayətini yerli İcra Hakimiyyətinin nümayəndələrinə çatdırdıq. Gün ərzində açıqlama veriləcək deyilsə də Gəncə şəhər İcra Hakimiyyətindən heç bir açıqlama gəlmədi.

Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru