Vəfa Seyidova korrupsiya əməli törətsədə vəzifədə onu kim saxlayır?

14-09-2024, 08:54           
Vəfa Seyidova korrupsiya əməli törətsədə vəzifədə onu kim saxlayır?
Azərbaycanda bir sıra qurumların rəhbərləri və yüksəkvəzifəli əməkdaşlarının korrupsiya cinayətlərinin üstü açılıb.
XALQ.AZ xəbər verir ki, bu barədə ötən həftə ölkə məbuatı məlumat yayıb. Yayılan xəbərlərdə Səhiyyə, Elm və Təhsil Nazirlikləri və Milli Elmlər Akademiyasının tabeliyindəki mərkəzlərdə dövlət vəsaitlərinin mənimsənilməsi faktları qeyd edilir.
Belə ki, cinayət məsuliyyətinə cəlb edilən 80 şirkətə rəhbərlik edən Kərimov Rüfət Nurəddin oğlunun ifadələri isə araşdırmanın əhatə dairəsini genişləndirib. Onun şirkətlərinə dövlət qurumlarından və onların müəssisələrindən müxtəlif təyinatlı pulların köçürülməsi Maliyyə Monitorinqi Mərkəzini şübhələndirib. Bir neçə ay davam edən istintaqla ehtimal olunandan daha böyük yeyintilər üzə çıxıb.
Müəyyən edilib ki, dövlət qurumları tərəfindən şirkətlərə tikinti materiallarının alınması, su ilə təmin etmə və digər xidmətlər adı ilə 3 milyon manat pul köçürülüb. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi cinayətdə iştirak edən şəxsləri tək-tək istintaqa cəlb edib. Hər biri Cinayət Məcəlləsinin xeyli miqdarda mənimsəmə və vəzifə saxtakarlığı maddələri ilə təqsirli biliniblər.
Məlumata əsasən Rüfət Kərimovla əməkdaşlıq edən məmurlardan biri də Elm və Təhsil Nazirliyinin Sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 4 nömrəli internat məktəbinin direktoru Vəfa Seyidovadır.
O, mənimsədiyi pulları geri qaytardığı bildirilir. Lakin ciddi korrupsiya əməli törətməsinə baxmayaraq vəzifəsini davam etdirir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.