Ad, soyadını dəyişib ölkədən çıxmaq istədi, qadağa qoyuldu - Azərbaycanda iş adamı barəsində ŞOK İDDİA VİDEO

13-10-2024, 11:04           
Ad, soyadını dəyişib ölkədən çıxmaq istədi, qadağa qoyuldu -
Azərbaycanlı iş adamı və hazırda Azərbaycanda yaşayan Dünyamalı Əliyev (keçmiş adı və soyadı: Rafiq Kərim oğlu Allahverdiyev) barəsində bir çox dələduzluq halları ilə bağlı iddialar səsləndirlib.
Ajans.az – a müraciət edən E. Ə. (şikayətçinin adı şərti verilib) iddia edir ki, 2008-ci ildə tanış olduğu iş adamı Dünyamalı Əliyev (Keçmiş ad və soyadı: Rafiq Kərim oğlu Allahverdiyev) tərəfindən aldadılıb. Rafiq Kərim oğlu Allahverdiyev (yeni ad və soyadı: Dünyamalı Əliyev) o zaman ölkəni tərk edib və Türkiyə Respublikasına gedib. Şikayətçi bildirir ki, axtarışlardan sonra məlum olub ki, Rafiq Allahverdiyev Türkiyədə Rafet adı altılnda çalışır və o “Forte Makina” adlı şirkətə rəhbərlik edir. Amma Rafiq Allahverdiyevin telefon nömrələrini tez-tez ddəyişməsi onunla əlaqə qurmağa mane olub.

İddiaya görə çox sayda insan külli miqdarda dələduzluq faktının qurbanı olub. Zamanında hüquq mühafizə orqanlarına müraciət etmək istəyəndə isə Rafiq Allahverdiyevin o zaman Gədəbəydə sahə müvəkkili vəzifəsində çalışan əmisioğlu Allahverdiyev Zakir şikayət edilməməsini xahiş edib və bildirib ki, pulları alıb geri qaytaracaq. Lakin verilən söz yerinə yetirilməyib.

İllər sonra məlum olub ki, Rafiq Kərim oğlu Allahverdiyev 2014-cü ildə yenidən Azərbaycana gələrək anadan olduğu və qeydiyyatda olduğu Gədəbəy rayonu Novosaratovka kəndində qeydiyyatdan çıxıb. O, Daşkəsən rayonu Kəmərqaya kəndində qeydiyyata düşüb və bununla kifayətlənməyərək ad və familiyasını dəyişib. Yeni adı isə Dünyamalı, soyadı Əliyev olub. Daha sonra ölkəni yenidən tərk edib.
Borc sahiblərinin axtarışlarından sonra məlum olub ki, artıq yeni ad soyad daşıyan Dünyamalı Əliyev 2020-2021-ci ildən Azərbaycandadır və müxtəlif vaxtlarda “Forteluxe” MMC, “Agro All” MMC və “AAL” MMC adlı müəssisələr yaradıb. Hazırda “AAL” MMC inşaat sahəsində fəaliyyət göstərir. Bu müddət ərzində isə onu axtaran və borclu olduğu şəxslərlə əlaqəyə çıxmayıb.

Nəhayət borc sahibləri Dünyamalı Əliyevi tapıblar və məlum olub ki, o Nərimanov rayonu ərazisində ofis kirayələyib. Bu ofis isə keçmiş Nəqliyyat Naziri Ziya Məmmədovun yaxın adamı sayılan “SANUR HOLDİNG”-in sahibi Qulam Ələkbərova məxsus binada yerləşir. Məlumata görə Dünyamalı Əliyev burada 7000 azn ə qədər borcludur.

Şikayətçi bildirir ki, Dünyamalı Əliyevin Türkiyədə, Rusiyada, Qazaxstanda kifayət qədər borclu olduğu iş adamları var və onlar da bu şəxsi axtarıb tapmaqda çətinlik çəkiblər. Artıq bütün borc sahibləri İqtisadiyyat Nazirliyinə və digər aidiyyəti orqanlara müraciət hazırlayırlar. Şikayətçi xüsusi olaraq vurğulayır ki, hazırda “AAL” MMC-ə ilə müqavilə bağlayan layihələr icra edən şəxslər və şirkətlər ehtiyatlı olsunlar.

Məsələ ilə əlaqədar qarşı tərəflə əlaqə saxladıq. İlk olaraq sualları ünvanlamağımızı istəyən Dünyamalı Əlievə (Rafiq Allahverdiyev) sualları "Whatsaap" üzərindən ünvanladıq.

Yazılı və video müsahibədən imtina edən Dünyamalı Əliyev (Rafiq Allahverdiyev) zəng edərək ad və soyadını dəyişdiyini etiraf etdi və dedi ki, qanuni yolla bu addımı atıb. Ona bu işdə kimlərin dəstək olması sualı cavabsız qaldı. Borcu olduğunu bildirdi və daha sonra deyilənləri təkzib etdi.

O bizimlə söhbətində şikayətçilərin zəngindən sonra mühasibinin ona 150 min azn ziyan vuraraq Naxçıvana qaçdığını dedi. Bir neçə gün öncə Azərbaycanı niyə tərk etmək istəmisiz və sizin ölkəni tərk etməyinizə nə üçün qadağa qoyulub sualı da cavabsız qaldı.

Biz öz növbəmizdə yazılı və video müashibəyə hazır olduğumuzu bildirsək də, Dünyamalı Əliyev (Rafiq Allahverdiyev) digər suallara cavab verməyəccəyini dedi və telefonu söndürdü.

Mövzunu diqqətdə saxlayacağıq.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.