Yağın bahalaşması AQTA, DGK ilə yanaşı Səhiyyə Nazirliyinində rolu var - İDDİA

3-11-2024, 11:04           
Yağın bahalaşması AQTA, DGK ilə yanaşı Səhiyyə Nazirliyinində rolu var - İDDİA
Son günlər kərə yağının bahalaşmasından şikayət edirlər. Mən evdə Təbrizin istehsalı olan "Şekilli" və "Pegah" yağlarından istifadə edirəm. Bir ay öncə 15 manata aldığım yağ indi 23-25 manat olub.
İranda müəyyən bahalaşma var. Amma bu 50-60 faiz yox, 10-12 faizdir. Yəni, bir ay bundan öncəyə qədər İranda adlarını yazdığım kərə yağının topdan qiyməti 9,50-10 manat idisə, hazırda bu rəqəm 11-12 manat təşkil edir.
TEREF yazır ki, bunu JAMAZ.info saytının baş redaktoru Fikrət Fəraməzoğlu öz sosial şəbəkə səhifəsində yazıb. Fikrət bəy daha sonra yazır:
Bəs, necə olur ki, cəmi 560 km yol gələn məhsul Azərbaycanda iki dəfədən çox bahaya satılır? Bəziləri sahibkarları möhtəkirlikdə ittiham edə bilər. Əslində isə günahı sahibkarda yox, həşəmətli Gömrük Komitəsi və AQTA-da axtarmaq lazımdır.
Məsələ belədir: AQTA hər mal çeşidi üzrə icazənin verilməsini 400 manatdan 1000 manata qaldırıb. Bu o deməkdir ki, əgər bir maşında 6-7 çeşid mal olarsa, sahibkar əlavə olaraq 6-7 min manat ödəməlidir. Gömrük Komitəsi isə ƏDV və gömrük rüsumlarını toplam 36 faiz saxlasa da, o qədər kənar xərclər yaradıb ki, bu rəqəm 55-60, bəzən 100 faizə qədər yüksəlir. Məsələn, hər maşına görə, tələb olunan 1500-2000 manat pul 4500-6000 manata qədər artırılıb. Bundan başqa, yük maşını gömrüyün həyətində qalarsa, günlük əlavə 150-200 dollar tələb olunur. Əvvəllər bu 100 manat idi.
Bəli, bir də işin içinə Səhiyyə Nazirliyi də daxildir. Nazirlik xaricdən gətirilən bütün mallar üzrə (hər ada görə) illik icazə verməlidir. Bir də kvota müəyyənləşdirmək haqqına sahibdir. Bu işin icrası isə Respublika GEM-ə tapşırılıb. Yəni, sahibkar AQTA, DGK ilə yanaşı SN-in də bığının altından keçməlidir.
Əlaqədar təşkilatlaında mövqeyini dərc etməyə hazırıq!
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.