Xırdalan məktəbində qalmaqal: İşdən çıxarılan müəllimdən qeyri-etik paylaşımlar... - VİDEO

Bu gün, 08:48           
Xırdalan məktəbində qalmaqal: İşdən çıxarılan müəllimdən qeyri-etik paylaşımlar... - VİDEO
Xırdalan şəhər 2 saylı tam orta məktəbin kollektivi keçmiş riyaziyyat müəllimi Vəfa Həziyevandan narazıdır. Onlar sosial şəbəkədə onun tərəfindən şantaj və təhqir olunduqlarını bildirirlər.
Bakupost.az -ın əldə etdiyi məlumata görə, bir müddət əvvəl V.Həziyeva məktəbin direktoru Gülnaz Kərimovanın onu şagirdlərin və məktəb işçilərinin yanında təhqir etdiyi və ləyaqətini alçaltdığı iddiası ilə məhkəməyə müraciət edib. Lakin onun təqdim etdiyi sənəd və sübutlar yetərli olmayıb. Bu səbəbdən müəllimin şikayət ərizəsi icraata qəbul edilməyib.

Fotoda: Vəfa Həziyeva
Bundan sonra V.Həziyeva ilə məktəbin kollektivi arasında qalmaqal daha da böyüyüb. Belə ki, keçmiş müəllim verilən qərarla razılaşmayıb və öz Votsap statuslarında ardıcıl olaraq məktəb və orada çalışan müəllimlərin ünvanına hədə-qorxu, şantaj xarakterli fikirlər səsləndirib və qeyri-etik ifadələr işlədir. Müəllim yoldaşları V.Həziyevanın sosial şəbəkələrdəki qeyri-etik paylaşımlardan narahat olduqlarını bildiriblər.
Ətraflı videoda...













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.