Binəqədidə başçının satmadığı YER QALMAYIB - NARAZILIQ VAR... FOTO

31-03-2025, 10:48           
 Binəqədidə başçının satmadığı YER QALMAYIB -
“Binəqədi rayonu Nizami Nərimanov küçəsində yaşayırıq. Bu küçədə bir neçə problem var. Zibil qutularını düz yolun ortasına qoyublar. Bütün yolu kəsib. Halbuki arxada yer var , amma ora qoymurlar. Zibil, qurd-quş və üfunət iyindən burada yaşaya bilmirik. Biz bilmirik dərdimizi kimə deyək? Dəfələrlə ərazi üzrə MKİS-ə müraciət etmişik, dərdimizə bir dərman tapmayıblar. Ümidimiz sizsiz ki, bəlkə işıqlandırandan sonra problem həll olunar”

Bunu "DİA-AZ"a sözügedən küçənin sakinləri bildirib.

Daha sonra ərazidə yaşayan sakinlərdən bir neçəsi bildirib ki, bu ünvanda bir neçə restoran fəaliyyət göstərir və onlar qeyri-qanuni şəkildə yolu zəbt ediblər:

“Yolun kənarına qədər çıxıblar. Bütün yolları zəbt ediblər. Özü də bir restoran olsa dərd yarı. 5-6 restoran bütün bardyorları zəbt edib. Tıxac əlindən yaşadığımız binaya girib çıxa bilmirik. Biyabırçılıqdır! Müraciətlərimiz cavabsız qalıb” deyə ünvanda yaşayan sakinlər bildirib.

Sözügedən ərazidən fotoları təqdim edirik. Hər halda fotolardan da aydın olur ki, Binəqədidə icra başçısı kifayət qədər "fəaldır"...

Məsələ diqqətimizdədir...















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.