`Anadolu` restoranı ilə Nəsimi RİH-in işbirliyi - BU NƏDİ BELƏ?..
31-03-2025, 12:31
Fotolarda Bakının Nəsimi rayonunda yerləşən Puşkin küçəsi və bu küçənin QOÇUSU kimi diqqətə gələn həşəmətli ANADOLU restoranıdır. "DİA-AZ" bildirir ki, belə demək doğrudursa, səkinin hərəkət hissəsi ilə stol-stul arasında məsafə gözlənilməyib.
Əslində, ara məsafəsini gözləmək mümkün də deyil, çünki buna şərait yoxdur. Bu halda səki ilə gedən piyadalar və kafenin səkidə əyləşən müştəriləri özlərini rahat hiss edə bilərlər?
Bizdə kafelərin açıq hava altında xidmət göstərməsi qaydalarını tənzimləyən normativ hüquqi sənəd yoxdur. Ona görə də bu xidmətin hansı normalar əsasında təşkil olunduğu bilinmir.
Fotolardan da aydın şəkildə görünür ki, Nəsimi rayonunun hələ də başçısız qalan icra hakimiyyəti "Anadolu" restoranına qarşı çox böyük səxavət nümayiş etdirir.
Hər halda, qanun hamı üçün qanundur və aidiyyatı qurumlar piyadalara UÇMAĞI təklif edən bu işbirliyinə - "Anadolu" Restoranı-Nəsimi RİH ortaqlığına gərəkən reaksiyanı mütləq verəcək...