Bakıda BAŞIPOZUQLUQ: Arxitektura Komitəsi İŞ BAŞINDADIR... - Məsuliyyət isə onlarlıq deyil...
Dünən, 11:06

Bir zamanlar keçmiş Bakı meri Hacıbala Abutalıbovun "sevə-sevə tikdiyi" Azərbaycan paytaxtının qara günləri bitmək bilmir ki bilmir. Ayrı-ayrı inşaat şirkətləri Bakını eksperement zonasına çevirərərk istədiklərini edirlər ki, bu da zaman-zaman həmin qurumlarla vətəndaşların kəskin toqquşmaları ilə müşaiyət olunur. Elə keçən günlərdə baş verən olay - "Melissa Group" adlı MTK-nın özbaşınalığı və nəticədə bu şirkətin üzdə görünən isminin həbsə atılması dediklərimizin əyani sübutu kimi qəbul oluna bilər.
"DİA-AZ" vurğulayır ki, əslində burada əsas məsuliyyət, əsas cavabdeh Dövlət Şəhərsalma və Arxitektura Komitəsi olsa da, hər dəfə bu qurumun başında dayanan GERÇƏK DƏLLALAR məsuliyyətdən yayına bilirlər. Elə sonuncu dəfə də belə oldu. Amma realda hər kəs yaxşı bilir ki, Bakıda kimsə bu qurumun icazəsi olmadan nəinki kiminsə evini uçura bilməz, heç kiminsə evinə yaxın belə düşə bilməz...
Və faktdır ki, bu reallıq fonunda əsas günahkarlar - Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəhbərliyi həbsdən qurtuldu. Bakı isə yenə də xaraba günə qoyulmaqdadır. Elə bayram günlərində də...

"DİA-AZ" bildirir ki, uzun bayram günlərində dövlət orqanlarının tətilə çıxdığını fürsət bilən işbazların “gizli” tikinti və söküntü işləri apardıqlarını son illər çox müşahidə etmişik.
Yola saldığımız bayram tətilində də (20-31 mart) gözlənilən hadisələr baş verdi. Onları bir daha diqqətə çatdırırıq:
1. Qara Qarayev prospekti 82A - yaşayış binasının həyətində avtoyuma və bu tip obyektlərin quraşdırılmasına başlanıldı (Nizami rayonu);
2. Məhəmməd Hadi küçəsi, “Həzi Aslanov” m.st-nın çıxışı - ağacların arasında obyekt quraşdırıldı (Xətai rayonu);
3. Birinci Alatava massivi, Abdulvahab Salamzadə küçəsi 118B - zorla köçürülməyə məruz qalan sakinlər evdə ola-ola söküntü işləri aparıldı (Yasamal rayonu);
4. Şərifzadə küçəsi - köhnə “Azon Zavod”un ərazisində ağaclar kəsildi (Yasamal rayonu).
Bir daha qeyd edirik ki, bütün bu tikinti xaosu birbaşa olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən qaynaqlanır. Bunu elə başda oturanlar da yaxşı bilir. Amma bu bilginin hansısa məsuliyyət paylaşımına təsiri olacaqmı? Bunu isə zamanla görəcəyik...
Məsələ diqqətimizdədir...