Mehdiabadda ikimərtəbəli qanunsuz tikintiyə hansı məmur icazə verib? -Video

11-07-2025, 00:04           
Mehdiabadda ikimərtəbəli qanunsuz tikintiyə hansı məmur icazə verib? -Video
Mehdiabadda qanunsuz tikinti faktı aşkarlanıb. Rəsmilər məsələyə səssiz qalır.

XALQ xəbər verir ki, Mehdiabad qəsəbəsində növbəti qanunsuz tikinti işləri aşkarlanıb.

Məlumata görə, sözügedən ərazidə heç bir rəsmi icazə olmadan tikinti aparılır. Məsələ ilə bağlı Rayon İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sorğu ünvanlansa da, qurumlardan heç bir cavab almaq mümkün olmayıb.

Qeyd edək ki, son illərdə ölkədə özbaşına tikintilərə qarşı inzibati tədbirlər gücləndirilib, cərimələr artırılıb. Buna baxmayaraq, xüsusilə paytaxtda və ətraf ərazilərdə qanunsuz tikintilərin davam etməsi ciddi narahatlıq doğurur.

Səlahiyyətli şəxslərin məsələyə hansı səbəblə göz yumması məlum deyil.

Qurumların mövqeyini dərc etməyə hazırıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru