Masazırda qanunsuz tikintiyə hansı məmur icazə verib? VİDEO/FOTO
Bu gün, 16:06

Qanunsuz tikinti ilə bağlı XALQ-a məlumatlar daxil olub.

Belə ki,Masazır qəsəbəsində açıq-aydın qanunsuz obyekt tikintinin getdiyi və ağacların məhv edildiyi görünür.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bazasında bu tikinti ilə bağlı heç bir məlumat yoxdur. Qanunsuz tikinti hansı səlahiyyətli şəxsin icazəsi ilə həyata keçirilir?
İddia olunur ki yerli icra hakimiyyətinin səlahiyyətli şəxsləri tərəfində belə tikintilərə “razılıq” əsasında icazə verirlir
Qeyd edək ki, tikinti aparılan ərazidə yaşıl ağaclar kəsilmişdir, və bu məsələdə aidiyyatı orqanların bu qanunsuzluğa göz yummasının nəticəsidir.
XALQ məlumat verir ki, təbiətə qənim kəsilənlər asan yollarla məsuliyyətdən yayına bilir.
Ümumiyyətlə qanunsuz obyektlərin və fərdi evlərin tikintisi necə razılıq verildiyi məlum deyil.
İddialara görə, qanunsuz tikintiyə nəzarət edən səlahiyyətli şəxslər müyyən razılaşma əsasında belə hallar baş verməkdədir.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən və Abşeron rayon İcra hakimiyyətindən heç bir açıqlama almaq mümkün olmadı .
Məsələ ilə bağlı araşdırmamız davam edir.
Qurumalrın mövqeyini dərc etməyə hazırıq.