Saleh Məmmədovun razılığı ilə AAYDA-nin texnikası istirahət mərkəzinin tikintisinə cəlb olunub?- Dövlət şirkətinin texnikası özəl tikintidə Video/FOTO

Bu gün, 00:07           
Saleh Məmmədovun razılığı ilə AAYDA-nin texnikası istirahət mərkəzinin tikintisinə cəlb olunub?- Dövlət şirkətinin texnikası özəl tikintidə Video/FOTO
Quba -Xınalıq yolunda istirahət mərkəzinin tikintisi üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyin texnikası niyə istifadə olunur?

XALQ-a daxil olan məlumata görə Quba-Xınalıq yolu üzərində Qəçreşdə Küsnətqazma kəndin ərazisində çay sahilində A-frame evlər qurulur və istirahət mərkəzi üçün ərazidə AAYDA-nın ağır texnikası lazımi işləri görür.

Məlumata görə istirahət mərkəzinin tikintisi üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyin texnikası traktortları, ağır tonnajlı yük avtomobilləri və işçi heyəti səfərbər olub.

Qeyd olunur ki, qısa müddət ərzində istirahət mərkəzi tikilib fəaliyyət başlaması üçün bütün işlər görülür.

Məlumatda iddia olunur ki, bir necə irigövdəli yaşıl ağaclarda kəsilib A-frame evlərinin qurulması üçün ərazi genişləndirilib.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən və Ekologiya və Təbii Sərvətlər Nazirliyi heç bir açıqlama almaq mümkün olmadı.

Araşdırmalarımız zamanı məlum olub ki, həmin ərazidə tikinti işlərinin aparılması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin texnikası sədr Saleh Məmmədovun razılığı ilə işlərə cəlb olunub.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru