Naxçıvanın ƏXLAQSIZ DEPUTATI niyə CƏZASIZ QALIB? - Artıq camaat soruşur...

Bu gün, 10:10           
 Naxçıvanın ƏXLAQSIZ DEPUTATI niyə CƏZASIZ QALIB? -
Abbasov Əli Feyzulla oğlu... Yəqin ki, bu adı xatırlayırsınız... Naxçıvan Muxtar Respublikasının deputatı... HƏM DƏ ƏN ƏXLAQSIZI... Bu üzdəniraq deputat 25 iyun 2025-ci tarixində toydan çıxarkən öz keçmiş katibəsini bir neçə işçi ilə birlikdə evlərinə gətirib. Bu zaman öyrənib ki, katibə Yusifova Səriyyə Kərəm qızının həyat yoldaşı evdə yoxdur. Buna görə də fürsəti dəyərləndirərək gec saatlarda yenidən katibənin evinə zorla girərək, ona qarşı qeyri-etik hərəkətlər etməyə başlayıb. Bu barədə "DİA-AZ" olaraq xeyli əvvəldən məlumat vermişdik. Amma hələ də bu ƏXLAQSIZ DEPUTAT cəzasız qalıb...

"DİA-AZ" xatırladır ki, həmin vaxt katibənin əri Yəhya evə gələrək, Əli Abbasovu evində görmüşdür. Bu vaxt Əli Abbasov evdən qaçaraq canını qurtarmış və evlərinə getmişdır. Ardınca Səriyyənin həyat yoldaşı Yəhya bıçaq götürərək, onun evinə gəlmişdir. Mübahisə zamanı Əli Abbasovun xalası oğlu bıçaqla yaralanmışdır. Nəticə olaraq, katibənin əri Yəhya həbs edilmişdir.

Çox təəssüf ki, hazırda bu deputat çox rahatlıqla gəzir və özünü elə aparır ki, guya, buna şər edirlər. Halbuki bu saxta deputat Şərur şəhər fizika-riyaziyyat təmayüllü liseydə direktor vəzifəsində işləyərkən də qanunsuz əmrləri ilə məhşurlaşmışdır.

Belə ki, o, Şərur rayon Yenicə kəndində direktor vəzifəsində işləyərkən naməlum səbəbdən gecə ilə Bakı şəhərinə qaçmış və 7-8 ay sonra yenidən qayıtmışdır. Və qanunsuz olaraq, imtahandankənar Yengicə kəndinə müəllim təyin edilmiş, sonra metodist, Şərur rayon Kosacan kənd tam orta məktəbində direktor əvəzi, daha sonra isə Şərur rayon Fizika-riyaziyyat təmayüllü liseyə direktor vəzifəsinə təyin edilmişdir.

Liseydə direktor işlədiyi müddətdə imtahansız çox sayda tərbiyəçi müəllim, laborant təyinatı əmrləri vermişdir. Hətta Təhsil Nazirliyinin yoxlama aparan komissiya üzvlərinə Əmrlər kitabını təqdim etməkdən imtina etmişdir.

Deyilənə görə, Naxçıvan deputatı Əli Abbasov o qədər harınlayıb ki, bütün günü içkili vəziyyətdə yeni aldığı “Mercedes” markalı avtomobili ilə rayonda şütüyür.

Bu deputat bütün günü liseydə gənc xanımlarla şənlənərək, bir dəfə də olsun dərslərə girməmişdir.

O, harada işləyibsə, ordakı xanımlarla qeyri-səmimi münasibətlər qurmağa çalışmışdır.

2022-ci ildə içki məclislərində dediyinə görə, 50 min manata yaxın pul verərək, qanunsuz yollarla deputat seçilmişdir.

Çox təəssüf ki, bu deputatın hərəkətlərinə hüquq mühafizə orqanları hələ də göz yumur.

Qeyd edək ki, amma buna rəğmən ictimai fiqurlar, tanınmış simalar isə bu hadisəni nə unutmaq istəyirlər... nə də unutdurmaq. Məsələn bu barədə yazan tanınmış jurnalist-yazıçı Oqtay Tahirli özünün sosial şəbəkə hesabılnda bu məsələni diqqətə gətirərək yazır:

"Naxçıvanın Ali Məclisinin Əli adlı bir deputatı sərxoş halda ailəli bir qadına təcavüz etmək istəyib. Qadın müqavimət göstərib, səsə qonşular, qadının həyat yoldaşı gəlib. İşin fırıq olduğunu görən Əli müəllim pəncərədən özünü bayıra atıb, aradan çıxıb. Qadının əri evdən bıçaq götürüb, deputatın arxasınca düşüb, onun yaşadığı kəndə gəlib. Deputatın həyəti olub əsil döyüş meydanı. Təcavüzə məruz qalan qadının əri deputatı bıçaqlamaq istəyəndə bışaq dəyib deputatın xalası oğluna....

Bunlar əvvəllər bir litseydə işləyiblər. Həmin gün kollektiv toyda olublar. Toydan sonra Deputat Əli öz maşınında 5-6 nəfər keçmiş iş yoldaşlarını kəndə aparıb, evlərinə paylayıb. Söhbət əsnasında eşidib ki, həmin qadının əri işdədir. Hamını evinə paylayandan sonra qayıdıb qadının evinə. Və.....

İndi Naxçıvanda bu binamus işin üstünü malalamaq əməliyyatı gedir...Gözləyək!!!!
Görəsən, binamusluq məsələlırində də deputat toxunulmazlığı var?"
Məsələ diqqətimizdədir...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru