Riyad Əliyevin hüquqlarını müdafiə edən vəkilin lisenziyası ləğv edildi VİDEO
7-06-2015, 14:49
Hefteaz.tv xəbər verir ki, Almaniyada mühacir həyatı yaşayan Təfəkkür Universitetin həmtəsisçilərindən biri Riyad Əliyevin Azərbaycanda hüquqlarını müdafiə edən vəkil Dilqəm Ağayevin vəkillik lisenziyası vəkillər kollegiyası tərəfindən ləğv edilib. Bu barədə Hefteaz.tv-ə məlumat verən Dilqəm Ağayev lisenziyanın ləğv edilməsi səbəbini Beynəlxalq mətbuat Mərkəzində Riyad Əliyevin hüquqlarının müdafiəsi ilə bağlı keçirtdiyi mətbuat konfransı olduğunu bildirdi. Bir çox beynəlxalq təşkilatlar, o cümlədən Avropa Azərbaycanları Milli Birlik Şurası vəkil Dilqəm Ağayevə qarşı edilən haqsızlıqlarla bağlı öz etirazlarını bildirməklə bəyanat veriblər. Qeyd edək ki, vəkil Dilqəm Ağayev müdafiə etdiyi Riyad Əliyevin hüquqları ilə bağlı bu yaxınlarda mətbuat konfransı keçirdib. Hefteaz.tv saytı həmin konfransın video çəkilişini təqdim edir: [media=https://www.youtube.com/watch?v=ZNB5aYmEI-Q]