Mikayıl Cabbarovun nəzərinə - Tovuz tәhsili uçuruma sürüklәnir
13-02-2017, 17:16

Odur ki, hәmin vaxtdan bir neçә il keçsә dә, Validә xanım hәlә dә hәmin günlәrin uğursuz abhavasını unuda bilmir Dünәn “Gündәm Xәbәr”in elektron poçtuna Tovuz rayon sakinlәri adından müraciәt daxil olub. Hәmin müraciәtdә Tovuzun tәhsil sistemindә yaşanan neqativ hallara xüsusi yer verilir, baş alıb gedәn qanunsuzluqlardan әmәlli¬başlıca bәhs olunur. Müraciәt müәlliflәri vurğulayırlar ki, 2012¬ci ildәn Tovuz tәhsilinә rәhbәrlik edәn Validә Hüseynovanın fәaliyyәti, hal¬hazırda rayon ictimaiyyәti tәrәfindәn mәqbul qiymәtlәndirilmir. Sakinlәrin iddialarına görә, o, qeyd olunan ildәn yarıtmaz fәaliyyәti ilә bu sahәnin hәm mәhvinә, daha çox isә gerilәmәsinә sәbәb olmuşdur. Bir müddәt bundan әvvәl, adı çәkilәn rayonun tәhsilindә yaşananlar haqda tәnqidi açıqlama dәrc edәrkәn onu da vurğulamışdıq ki, Validә Hüseynova 2010¬ cu il parlament seçkilәrindә deputatlığa namizәd oldu vә amma MM¬dә әylәşә bilmәdi. Buna baxmayaraq o, çox keçmәdi ki, hansısa himayәdarının “dobro” demәsindәn sonra, Tovuz tәhsilinә rәhbәrlik etmәk ixtiyarını da qazana bildi. Әldә etdiyimiz mәlumatlara görә onun әsas istәyi rayonun tәhsilinә rәhbәrlik etmәk yox, daha çox deputat olmaq imiş. Odur ki, hәmin vaxtdan bir neçә il keçsә dә, Validә xanım hәlә dә hәmin günlәrin uğursuz ab-havasını unuda bilmir. Onu da vurğulayaq ki, Validә xanım Tovuz tәhsilinә rәhbәrlik etdikdәn sonra mәktәblәrdә şagirdlәrin dәrslәrә davamiyyәtlәri xeyli aşağı düşür. Hal¬hazırda müәllimlәrin tam әksәriyyәti repetitorluq fәaliyyәti ilә mәşğul olduqlarından, onlar şagirdlәri öyrәtmәk istәmirlәr, yuxarı sinif şagirdlәrinin әksәriyyәti isә dәrsәlәrә getmirlәr. Mәktәb direktorları müәllimlәrdәn “xәrac” yığırlar vә şagirdlәrin dәrslәrdәn yayınmalarına göz dә yumurlar. Tәbii ki, yaxın vaxtlara qәdәr Tovuz tәhsilinә müdirlik edәn Validә xanım bütün bunlardan xәbәrdar olub vә onun belә bir mәsәlәlәrdә marağı olduğu üçün o, bir kimsәni heç vaxt cәzalandırmağa cәhd belә göstәrmәyib. Rayonun Mülkülü, Xatınlı, Qaraxanlı, Bozalqanlı, Azaflı, Әsrik Cırdaxan kәnd tam orta mәktәblәrindә vә digәr tәhsil ocaqlarında yaşanan ab¬hava, artıq dözülmәz hәddә çatıb. Әksәr mәktәblәrdә istiliklә bağlı ciddi problemlәr yaşansa da, problemin varlığı әksәr hallarda Validә xanımı heç dә narahat etmәyib Validә Hüseynovanın qol qoyduğu qanunsuzluqlardan biri dә, rayonun tәhsil sahәsinin inkişafı üçün ayrılmış büdcә vәsaitlәrini tәyinatı üzrә xәrclәmәmәsi vә minbir yollarla әlә keçirmәsi dә olub. Belә bir sәbәblәr üzündәndir ki, bu gün rayonun mәrkәzi әrazilәrindә, kәnd vә qәsәbәlәrindә, iri yaşayış mәntәqәlәrindә fәaliyyәt göstәrәn tәhsil müәssisәlәrindәn bәzilәri bәrbad haldadır. Hәr il avadanlıqlar almaq mәqsәdilә büdcәdәn ayrılan vәsaitlәrә, heç dә yeni avadanlıqlar alınmır. Mәhz, ötәn illәrdә alınmışlar tәmir olunaraq qaydaya salınır vә rәsmi sәnәdlәrdә yenilәri alınıb deyә sәnәdlәşdirilir. Tәhsilә ayrılan yanacağın “qeybә çәkilmәsi” dә, başqa bir söhbәtin mövzusudur. Digәr bir mәqama da diqqәt yetirәk. Validә xanım adı çәkilәn tәhsil şöbәsinә müdir tәyin olunduqdan sonra, tәhsil şöbәsinin bütün strukturlarında nәzarәti tam әlә keçirir. Bu da ona digәr vәzifә sahiblәrinin hansısa maxinasiyalara qol qoymalarına, nәsә әldә etmәlәrinә imkan vermir. Onun belә bir addımlarının nәticәsi o olur ki, әldә olunan gәlirlәr bir әldә cәmlәşir vә onun özünә çatdırılır. Mәsәlәn, әgәr bir kimsә yaxınını tәhsil şöbәsinә hansısa işә düzәltmәk istәyәrsә, o zaman o, "get “haqq¬hesab”ı düzәlt gәtir, mәn özüm hәll edәcәyәm” demәkdәn dә çәkinmir.
Bir sözlә onun rәhbәrliyә tәyinatından sonra Tovuz tәhsilindә hәyacan tәbili çalındı, әksәr direktorlar daşıdıqları vәzifәlәrinә “әlvida” dedilәr, peşәkar müәllimlәrin çoxu olmazın oyunlara da salındılar. Baş verәn vә daha çox narazılıq hissinin әmәlә gәlmәsinә sәbәb olan amillәrdәn biri dә, dәrs saatlarının bölgüsü zamanı әdalәtsizliyә yol verilmәsi hallarının varlığıdır. Onun müdir tәyinatından sonra, tәhsil şöbәsinin giriş qapısına "zabor” çәkilmәsi, mühafizәçi yerlәşdirilmәsi vә mühafizәçilәrә xüsusi tapşırıqlar verilmәsi vә s¬dә, әslindә ciddi müzakirәyә sәbәb olan problemlәrdәn birinә çevrildi. Mәhz, ona görә ki, Tovuz rayon Tәhsil Şöbәsi qapalı müәssisәlәrdәn biri deyil ki, ora daxil olmaq üçün hansısa rәhbәr şәxsdәn, yaxud da mühafizәçidәn xüsusi icazә almağa ehtiyac duyulsun. Çünki qanunvericiliyin tәlәbinә görә, tәhsil şöbәlәri açıq müәssisәlәrdәn biri hesab olunur vә belә bir sәbәblәr üzündәn dә, ora daxil olmaq, yaxud da oradan çıxmaq üçün, bir kimsәdәn icazә almaq tәlәb olunmamalıdır Әvvәla onu qeyd etmәk yerinә düşәr ki, Validә xanımın bu cür idarәçiliyi tәtbiq etmәkdә mәqsәdi, heç dә onun Tovuz tәhsilinin qayğısına qalmaq deyil, sadәcә olaraq qol qoyduğu çoxsaylı qanunsuzluqların daha çox mediaya sızmasının qarşısını almağa hesablanmış addımlarıdır. Çünki, әldә etdiyimiz mәlumatlara görә, o, tәhsil şöbәsindә әmәlli¬başlıca "bazar” açıb. Qarşı tәrәfin dә mövqeyini dinlәyә bilәrik. Araşdırmalarımız davam edәcәk. Odur ki, bizi izlәmәyi unutmayın.gundemxeber.az//
teref.az olaraq qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!
teref.az