Sabiq məmur üçün arzuolunmaz dönəm

14-02-2017, 09:26           
Sabiq məmur üçün arzuolunmaz dönəm
Qərib Məmmədovun daşınan və daşınmaz əmlakının dəyərini hesablansa, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin keçmiş sədrinin “torpaq islahatlarının” mahiyyətini anlamaq üçün kifayətdir.

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin keçmiş sədri Qərib Məmmədov məsələsi yenidən gündəmə gəlib. Əldə etdiyimiz məlumata görə hazırda Elmlər Akademiyasında çalışan Qərib Məmmədovun gündəmə gəlməsinin başlıca səbəbi “həyata keçirdiyi torpaq islahatları” ilə bağlıdır.

Politico.az-a daxil olan məlumata görə son bir il ərzində kənd təsərüfatının inkişafı ilə bağlı hökümətin həyata keçirtmək istədiyi layihələrin qarşısını məhz Qərib Məmmədovun dahaəvvəllər həyata keçirtdiyi “torpaq islahatları” ləngidir. Çünki ehtiyatda olan torpaqlardan tutmuş, otlaq ərazilərə qədər ölkənin torpaq fondu demək olar ki, dağıdılıb və pay-püş edilib. Hazırda rayonlarda icra hakimiyyətləri ilə vətəndaşlar arasında qarşıdurma hər gün artır. Çünki dövlətin ehtiyat torpaq fondu Qərib Məmmədov tərəfindən satılıb və torpaq sakinləri açıq şəkildə bəyan edirlər ki, torpaqdan hansı məqsədlə istifadə qaydalarına baxmayaraq, bu torpaqları onlar pul ilə alıblar və öz mülkiyyətləri olaraq istədikləri kimi istifadə edə bilərlər.

Bundan sonra məsələ daha da böyüyüb və aydın olub ki, bütün bu xaosu yaradan məhz Qərib Məmmədovdur. Politico.az-ı məlumatlandıran mənbə bildirir ki, hazırda akademiklə bağlı araşdırmalar aparılır. Tək bunu demək kifayətdir ki, Qərib Məmmədovun daşınan və daşınmaz əmlakının dəyərini hesablansa, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin keçmiş sədrinin “torpaq islahatlarının” mahiyyətini anlamaq üçün kifayətdir.

Mənbə xatırladır ki, mərhum akademik Cəlal Əliyevin sayəsində karyera quran Qərib Məmmədov vəzifədən azad olunsa da, şəxsi varidatını qoruya bilmişdi. Amma indi deyəsən bundan imtina etməli olacaq.

Qərib Məmmədovun torpaq islahatları nəticəsində bu gün bölgələrdə yaranan narazılıqlarla bağlı konkret şikayətləri nəzərinizə çatdıracağıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru