Cəlilabadda 2 xəstə uşaq anası alimentini ala bilmir - Məhkəmə icraçiları buna biganədirlər ŞİKAYƏT

18-02-2017, 21:16           

teref.az-nun poçtuna Cəlilabad məhkəmə icraçıları ilə bağlı şikayət məktubu daxil olub. Məktubun nöqtə və vergülünə əl dəymədən sizə təqdim edirik:
Azərbaycan Respublikasinin Prezidenti cənab İlham Əliyevə
Cəlilabad rayon Privolnoye kənd sakini, Abdullayeva Nazlı Sədaqət qızı tərəfindən
Şikayyət ƏRİZƏSİ
Cəlilabad Məhkəmə icracilari ucbatindan biz goz tikdiyimiz Alimenti ala bilmirik .Cənab Prezident Bizimdə yaşamaq hüququmuz var!
Hormətli Cənablar : Nəzərinizə çatdirim ki, Mən İki az yaşlı uşaq anası heç bir yerdə işləməyən Abdullayeva Nazlı Sədaqət qızı , həyat yoldasimdan boşandigim gundən qapilarda qalmişam. Qeyd edim ki, 13.03.2013 -ci il tarixdə boşanmisam .
Bizim gələcəkdə yaşamagimiz ucun məhkəmədən siginacaq istədik, mənə cavab olaraq məhkəmənin icrasiçilari Ruslan- Səbuhi və (vəkil Habil müəllim) bildirdilər ki,
-Qarşı tərəfin hec nəyi yoxdur sizə verməyə, gedin bir təhər başinizi saxlayin. Alimentin nə vaxt kəsilər nə alarsiz onunlada dolanarsiz .
Məndə bildirdim ki,
- Bu nə deməkdir Qanun belə demir axi ay müəllimlər? Mən indi harada qalacam ?
İcraçilar sualima cavab verməyib susmagi ustun tutdular. Təsəffur edin ki, o gundən bu gunə necə həyatimizi yaşamişiq ?Cəhənnəm əzabi ilə. İndi hall hazirda Privolnoye kənd Şəhid Elnur Hüseynov adina 1-saylı tam orta Məktəbin Müəllimlər üçün ayrilmiş yasayiş evində yararsiz vəziyyətdə olmasina baxmayaraq əlacsizligdan iki az yaşlı xəstə uşaqla siginmişam. Cəlilabad rayon Məhkəməsinin çixartdigi qərara gorə iki xəstə usaga 150 azn aliment kəsilmişdir. Lakin bu gunə qədər Aliment odəyicisi, uzun muddət iki xəstə usagi süründürür və 100- 40-30 azn ayri ayriliqda poct vasitəsi ilə pul gondərir onuda qeyd edim ki, 13 .03.2013-ci il tarixdən bu vaxta qədər hələdə ayrilan 150 azn aliment tam odənilmir. Muxtəlif bəhanələr gətirərək yari tikə odənir oda az yaşlı Məktəbli Xəstə usaqlarin problemin təmin etmir.Hall hazirda uzun muddət təxmini 1000 manata yaxin yigilmiş qalıg alimentlər odənməməkdədir. Onunda odənilməməsin səbəbkari Cəlilabad rayon Məhkəməsində çalişan bizim işin icracisi Elşad Müəllimin işimizə biganə yanaşmasi və Alimentin tam odənilməməsində bilavasitə o günahgardir. Çunki hərdəfə aliment vaxtinda odənilməyəndə məhkəməyə uz tuturuq şikayətimizi bildirəndə , Elşad müəllimin mənə və xəstə uşaqlarima cavabi o olur ki, şükür eləyin 30-40 manat odəyirdə, hec başqalari onuda odəmir. İcraçi Elşad Müəllimin şəxsən bizim işimizin düzgün aparilmamasi və layiqincə icra olunmasinda, zərəlçəkən tərəf olaraq düşünürəm ki, Elşad Müəllim hardasada qarşi tərəflə təklif olunmuş muxtəlif iyanələrə aldanaraq, Alimentin yubadilmasinda və tam odənilməməsinə şəxsi maddi maraq gudur.
1-sual: Hörmətli cənablar : Təsəffur edin ki, qazsiz işiqsiz suzun bir yasayiş evdə əgər ona yasayir yeri demək olarsa , yaşamaq olarmi ?
2 sual : bir aya iki xəstə usaga və uşaqlarin himayədarliginda olan Anaya 30 manatla ərzaq dərman pulu çatarmı? və sizcə bu pulnan necə yasamaq olar? Azərbaycan vətəndaşı olaraq : əminəm ki, bizim fəryadimiza lazimi orqanlar səs verəcək və şikayətimizin təmin olunmasinda yaxindan koməklik gostəriləcəkdir.
imza : Abdullayev Nazli
Qarşı tərəfin fikirlərinə yer verməyə hazırıq!
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.