Qazaxda icra mәmuru aliment alan qadınları faizә oturdub? ­ Video

23-02-2017, 10:06           

Qazax sakinlәrinin nazirә mәktubunda şok faktlar yer alıb Bu gün Azәrbaycanın әdalәtli mәhkәmә sisteminә inam qalmayıb. Aparılmış sosioloji sorğular, mәhkәmәlәrdәki qanunsuzluqlar, Konstitusiyaya, Azәrbaycan qanunlarına, insan haqqları vә azadlıqları üzrә Konvensiyaya zidd olaraq çıxarılmış qanunsuz qәrarlara görә hakimlәrin mәsuliyyәtsizliyi bunu bir daha tәsdiq edir. Bu qanunsuzluqların nәticәsi kimi, Azәrbaycan vәtәndaşı şikayәtlәrinin hәrtәrәfli baxılması hüququndan mәhrum edilir. Törәdilәn cinayәt tәrkibli hәrәkәtә görә cәzasızlıq vә mәsuliyyәtdәn qaçmaq üçün korrupsiya sxemindәn istifadә olunması insanlarda sabahkı günә, elәcә dә әdalәtin zәfәr çalmasına inamsızlıq hisslәri yaradır, öz dövlәtinә vә onun institutlarına qarşı hörmәtsizlik etmәyә vadar edir. Çıxarılmış mәhkәmә qәrarlarının әksәriyyәti sübutlar bazasına deyil, ehtimallara söykәnir. Demәk olar ki, Azәrbaycan Respublikası CM vә CPM¬nin tәlәblәrinin pozulması mәhkәmә praktikasının normalarına çevrilib. Cinayәt işlәri üzrә mәhkәmә proseslәri başlanğıcdan ittiham xarakteri daşıyırlar vә belә proseslәrdә ümumiyyәtlә, tәrәflәrin әdalәtli mәhkәmә çәkişmәsindәn danışmağa belә dәymәz. Azәrbaycan mәhkәmәlәri tәqsirlәndirilәn şәxslәrә mümkün qәdәr ağır cәza vermәkdә maraqlıdılar. Yәni bizim mәhkәmәlәr bir çox hallarda әdalәt prinsiplәrini gözlәmirlәr. Hәtta bununla bağlı ara¬sıra bәzi millәt vәkillәri dә mәtbuat vasitәsi ilә öz narazılıqlarını bildirmişdilәr. Azәrbaycanda mәhkәmә qәrarları ilә bәraәt alan şәxslәr tәqsirlәndirilәnlәrin cәmi 1¬2 faizini tәşkil edir. Dünyanın әksәr inkişaf etmiş ölkәlәrindә isә mәhkәmәlәr işә baxarkәn, daha obyektiv vә әdalәtli qәrarlar çıxarırlar. Qanunların pozulmasına, çıxarılan qәrarların әdalәtsizliyinә dair şikayәtlәrin sayı durmadan artır, lakin hәmin şikayәtlәrin ancaq cüzi hissәsinә mәhkәmәlәr tәrәfindәn baxılır. İlkin instansiya mәhkәmәlәri tәrәfindәn isә çıxarılmış әdalәtsiz qәrarlar yuxarı insatansiya mәhkәmәlәri tәrәfindәn әksәr hallarda qüvvәdә saxlanılır. Azәrbaycan mәhkәmәlәri hәqiqәtәn dә müstәqildirlәrsә, onda belә bir nәticә çıxartmaq olar ki, onlar mövcud qanunlara itayәtsizlikliklәrinә görә müstәqildirlәr. Әks halda çoxsaylı fakt kimi hakimlәrin cinayәt işlәrinin istintaqının falsifikasiyasını necә açıq aydın ört¬bastır etmәlәrini nә ilә izah etmәk olar? Bәzi hallarda özlәri mәhkәmә sәnәdlәrini saxtalaşdırırlar, tәqsirlәndirilәn şәxsi şәrlәmәk mәqsәdi ilә hüquqmühafizә orqanlarının әmәkdaşları tәrәfindәn qanunun pozulması, xüsusi ilә fiziki zorun tәtbiqi (döyülmә), şahidlәrә qarşı psixoloji tәzyiqlәrlә bağlı şahidlәrin şikayәtlәrinә dair әlavә istintaqın tәyin olunmasından imtina edirlәr. Milli faciә qәdәr ağır durum narkotik maddәlәrin saxlanılması, gәzdirilmәsı, istifadә olunması ilә bağlı qaldırılmış cinayәt işlәririnin statisikasında özünü bürüzә verir, hansılar üzrә ki, bәraәtverici qәrarlar da minimuma bәrabәrdir. Mәhkum olunmuş şәxslәrin 20 faizi demәk olar ki, narkotik maddәlәrin qanunsuz dövriyysi ilә bağlı tәqsirlәndirilәn şәxslәrdir. Lakin diqqәt edin, bu maddәlәrlә kimlәr mәhkum edilib? Bunların arasında siz narkobaronları görә bilmәzsiniz. Әsasәn, bunlar sağlamlıqlarını itirmiş, bәdbәxt, bir çox hallarda müdafiәsiz qalan insanlardır. O sәbәbdәn müdafiәsizdirlәr ki, narkotikadan asılılıqları, onlardan yaxınlarının belә üz döndәrmәsinә sәbәb olub. Qanunların tәtbiqi baxımdan passivliyi vә mәhkәmә sisteminin korrupsiyaya bulaşması bu maddәlәri şantaj vә psixoloji tәzyiqlә biznesdәki rәqibin kәnarlaşdırılması üçün rahat vә әlverişli alәtә çevirmişdir. Әn dәhşәtlisi budur ki, bu alәtdәn nәinki iş adamlarına qarşı, hәtta müxalif fikirli insanlara vә vәtәndaş cmiyyәtinin üzvlәrinә qarşı geniş istifadә olunur. Bir çox hallarda hakimlәr әdalәtsiz qәrarlar çıxartmaqla, yeni cinayәtlәrin törәdilmәsinә şәrait yaradırlar vә buna görә dә reallıqda heç bir mәsuliyyәt daşımırlar. Әn dәhşәtlisi budur ki, bәzi hakimlәr belә hesab edirlәr ki, әgәr onlar toxunulmazlıq statusuna malikdirlәrsә, demәli, çıxartdıqları әdalәtsiz qәrarlara görә onları heç kim ittiham edә bilmәz. Mәhkәmә müdafiәsi vә әdalәtli mәhkәmә araşdırması kimi Konstitusiya hüquqlarına riayәt olunmasının әsas qarantı çıxarılmış әdalәtsiz mәhkәmә aktlarına görә Azәrbaycan qanunvericiliyi ilә müәyyәn olunmuş hakimlәrin cinayәt mәsüliyyәtidir. Lakin bu qanun işlәmir. O sәbәbdәn ki, әdalәtsiz qәrar çıxarmış hakimlәrin mühakimә edilmәsi halları ilә çox tәsadüfi hallarda qarşılaşmaq olar vә belә bir hadisә baş verirsә dә bu mütlәq konyuktura xarakteri daşıyır. Yuxarıda qeyd olunanlarla bağlı kifayәt qәdәr faktlar gәtirmәk olar, hansılarda kı, hakimlәrin çıxartdıqları qәrarlar nәticәsindә Azәrbaycan vәtandaşlarının Konstitusiya hüquqları pozulur, hәmin qәrarlarda Azәrbaycan hökümәti tәrәfindәn AR CM–nin ayrı ayrı maddәlәri ilә bağlı edilәn düzәlişlәrin, әlavәlәrin tәlәblәri yerinә yetirilmir. Harınlamış mәmurların, hüquq¬mühafizә orqanları әmәkdaşlarının qanunsuzluqları nәticәsindә basqıya mәruz qalmış Azәrbaycanın vәdandaşının hüquq vә azadlıqlarının müdafiәsinә ehtiyac duyulur. Vә mәhkәmә bu müdafiәni tәmin etmәlidir. Buna görә dә ilk növbәdә, insanların konstitusiyada әksini tapmış hüquqlarının, qanunun vә әdalәtin, elәcә dә dövlәtin maraqlarının keşiyindә duran mәhkәmә hakimiyyәtinin olması vacibdir. Vәtandaşın әdalәtsiz mühakimә olunması ölkәnin milli mәnafeyinә, tәhlükәsizliyinә qarşı yönәlmiş addım kimi qiymәtlәndirilmәlidir. Mәhkәmәlәrdә çıxarılmış әdalәtsiz qәrarlara görә yüzlәrlә vәtandaşımız cәzaçәkmә müәssisәlәrinә düşürlәr. Onların bәzilәri uzun illәrdәn sonra öz azadlıqlarına belә qovuşa bilmirlәr. Yәqin ki, bir çox Azәrbaycan vәtandaşı mәhkәmә proseslәrindә iştiraklarından sonra keçirdiklәri infarkt nәtiçәsindә әziyyәt. Belә bir tәsәvvür oyanır ki, hakimlәr qәsdәn vәtandaşları mәhkәmә salonlarında saatlarla gözlәtmәklә onları bezdirirlәr, sonra da mәhkәmә prosesini qeyri¬müәyyәn vaxta tәyin edirlәr vә sonda çıxardıqları әdalәtsiz qәrarların nәticәsi olaraq saysız¬hesabsız insanları daha yüksәk instansiya mәhkәmәlәrinin yollarında zәlil edirlәr. Mәhkәmә qәrarlarının icrası sahәsindә dә ciddi qanun pozuntuları müşahidә olunur. Redaksiyamıza daxil olan şikayәt dә elә bu barәdәdir.Belә ki, Qazax ziyalıları Әdliyyә naziri Fikrәt Mәmmәdov cәnablarına açıq mәktub ünvanlayıblar. Hәmin mәktubu olduğu kimi tәqdim edirik: “Hörmәtli cәnab nazir! Qazaxlıların şikayәti Qazax Mәhkәmәsi icra qrupunda işlәyәn Ramiz Şәmmәdovdandır. Qazaxlılar adından sizdәn xahiş edirik Ramiz Şәmmәdovu tutduğu vәzifәdәn uzaqlaşdırasınız. Çünki Ramiz Şәmmәdovun Qazaxda etdiyi özbaşınalıqlardan hәr kәs xәbәrdardır. Qazaxda İlham Civişov adlı şәxsin çayxanasını boşaltdırarkәn, bütün qazaxlılar Ramiz Şәmmәdovun ağsaqqal kişinin başına¬başına vuraraq onu oradan çıxarmasının şahidi oldu. Kişi ona sual verәndә ki, “mәni niyә vurursan”, Ramiz Şәmmәdov dedi ki, “yaxşı elәyirәm”. Bu faktlar hamısı çәkdiyimiz videoda әks olunub. Mәhkәmә qәrarının icrasının qapaz vә yumruqla hәyata keçirilmәsi qanunda varsa, onda bizim bir sözümüz yoxdur. Әn bağışlanmazı isә onun qadına qarşı etdiyi zorakılıq vә Azәrbaycan mentalitetinә sığışmayan ifadәlәridir ki, bütün bunlar Qazax ziyalıları vә ictimayyәt tәrәfindәn çox pis qarşılanıb. Ramiz Şәmmәdov mәlum videoda ağbirçәk qadına qarşı işlәtdiyi “saçınıda yolsan, özünü yerәdә vursan da çıxmalısan” ifadәsi bir qadına qarşı oluna bilәcәk hörmәtsizliyin әn yüksәk hәddidir. Hәr şeydәn әvvәl Azәrbaycan qadını Azәrbaycan әsgәrinin anasıdır, bizim vә sizlәrin bacısı, anası vә qızıdır. Mәmur öz işini icra etmәk istәyirsә, bunu zәhmәt çәkib qanuni yolla vә mәdәniyyәtlә icra etmәlidir. Milli dәyәrlәrimizi tapdalamamalıdır. Azәrbaycan qadınını tәhqir etmәmәlidir. Hәmin qadını sakitlәşdirmәk әvәzinә ifadәlәriylә onu özünә qәsd etmәyә sürüklәmәk qeyri¬peşәkar yanaşma olmaqla yanaşı hәmdә kobud sәhvdir. Maraqlıdır ki, Ramiz Şәmmәdov öz ana vә bacısına, qapazladığı o kişinin yerinә öz ata vә qardaşına qarşı belә davranışa vә vә zorakılığın tәtbiqinә dözәrdimi? Ramiz Şәmmәdovun bu әmәllәrinә etiraz olaraq bir qrup ziyalılar vә Qazax sakinlәri 8 mart Beynәlxalq qadınlar günü ana vә bacılarımıza hörmәt vә sayğı әlamәti olaraq Qazax Mәhkәmәsinin qarşısında piket keçirәcәyik vә oradan cәnab prezident İlham Әliyev cәnablarına müraciәt ünvanlayacağıq. Ramiz Şәmmәdovdan narazılığı olan bütün şәxslәri piketdә iştirak etmәyә dәvәt edirik. Onun aliment alan qadınlardan faiz iştәmәsi dә artıq heç kәs üçün sirr deyil. Bunu onun özü dәfәlәrlә aliment ödәyicilәrinә bildirib. İcra işlәrindә yalnız öz maddi maraqından çıxış edir. Haqlı, haqsız ona rüşvәt verәnin tәrәfini saxlayır! Hörmәtli cәnab nazir! Ramiz Şәmmәdovun kobud şәkildә Azәrbaycan qadınını aşağılaması yolverilmәzdir. Ona görә dә bütün Qazax ziyalıları vә Qazaxlılar adından Ramiz Şәmmәdovun cәzalanmasını vә tutduğu vәzifәdәn kәnarlaşdırılmasını sizdәn xahiş edirik”. gundemxeber.az//













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.