“Zaminbank”ın vətəndaşlara hədə- qorxu gəlməyə ixtiyarı yoxdur” - ekspert

2-07-2015, 11:11           
“Zaminbank”ın vətəndaşlara hədə- qorxu gəlməyə ixtiyarı yoxdur” - ekspert
Bu gün Qafqaz Xəbər Agentliyinə Ucar rayonu ,Koroğlu küçəsi ,ev 25 ünvanda yaşayan Fətəliyev Məzahir Mikayıl oğlunun müraciəti daxil olub: “Zaminbank” ASC-nin Göyçay filialının Ucarda yerləşən 18 nömrəli şöbəsinin Ziya adlı əməkdaşı mənim xəbərim olmadan saxta sənədlər tərtib edərək kredit müqaviləsində məni zamin kimi göstərməklə ciddi qanunsuzluq etmişdir ki, bu cinayət əməlidir. Beləki 2014-cü il tarixdə Ucar rayon sakini Elman Daşdıyev “Zaminbank” ASC-nin Göyçay filialının 18-ci şöbəsindən kredit götürmüşdür ki, həmin vaxt zaminlik müqaviləsinə imza etmişdim. Ancaq həmin krediti Elman Daşdıyev ödəmiş və yenidən “Zaminbank”ASC-nin Göyçay filialının 18-ci şöbəsindən götürdüyü kredit müqaviləsində mənim zaminliyim xəbərim olmadan qeyd edilib və əvəzimə imza edilmişdir.Bütün bu saxtakarlıqları , özbaşınalıqları “Zaminbank” ASC-nin Göyçay filialının 18-ci şöbəsinin Ziya adlı əməkdaşı etmişdir.

Elman Daşdıyev kreditin ödənilməsini gecikdirdiyi üçün “Zaminbank” ASC-nin Göyçay filialı tərəfindən 19.06.2015-ci il tarixli məktubla bildiriş həm kredit götürən şəxsə və mənə təqdim edilmişdir.Yalnız bundan sonra mənə məlum olub ki, “Zaminbank” ASC-nin Göyçay filialının 18-ci şöbəsinin Ziya adlı əməkdaşı saxtakarlıq edib mənim xəbərim olmadan zamin kimi kredit müqaviləsinə adımı qeyd etmişdir. Bir daha bildirirəm ki, mən “Zaminbank” ASC-nin Göyçay filialının 18-ci şöbəsi ilə vətəndaş Daşdıyev Elman Nəsrəddin oğlu arasında ikinci dəfə bağlanılmış kredit müqaviləsində zaminlik etməmişəm, həmin müqaviləyə mənim əvəzimə imza edilib, hər hansı arayış təqdim etməmişəm, həmin arayış əgər varsa tam qanunsuzdur. Bu cinayət faktının araşdırılıb”Zaminbank” ASC-nin Göyçay filialının Ucarda yerləşən 18 nömrəli şöbəsinin Ziya adlı saxtakar əməkdaşı barəsində qanuna müvafiq tədbirlər görülməlidir”. Biz də Qafqaz Xəbər Agentliyi olaraq bu məsələni araşdırmaq üçün Məzahir Fətəliyev ilə əlaqə saxladıq. Vətəndaş faktı təsdiq edərək bildirdi ki, mən bu vətəndaş üçün bir dəfə kredit alanda zamin durmuşam: “ Ancaq həmin kredit bağlandıqdan sonra ikinci kredit alanda mən nə onlara arayış təqdim ermişəm, nə də banka getmişəm. Mənim bundan xəbərim yoxdur. Mənim xəbərim olmadan ikinci kreditə də məni zamin ediblər. 19 iyun tarixində mənə bildiriş verilənə kimi mənim bu vətəndaşa zamin elədiklərindən məlumatım yox idi. Mənim bir neçə banka kreditim var və bu qədər kreditim olduğu halda məni necə zamin ediblər axı” Müxbirimiz məsələ ilə əlaqədar “Zaminbank”ın Ziya (soyadını bildirmədi) adlı əməkdaşı ilə əlaqə saxladı. Müxbirimizin sualını bankın əməkdaşı nə təsdiq, nə də inkar edərək, sualımıza cavab verməkdəИзображениеn imtina elədi. Biz sonra filialın müdiri İlqar Fərzəliyev ilə əlaqə saxladıq. Müxbirimizin sualını filialın müdiri nə təsdiq, nə də inkar edərək “birdə mənə zəng eləməyin” deyərək dəstəyi asdı. Məsələ ilə bağlı “Zaminbank”ın Müşahidə Şurası sədrinin müavini Laləzar İmamquliyeva ilə əlaqə saxladıq. Məsələ ilə bağlı məlumat verdikdə sədr müavinin cavabı belə oldu: “ Belə bir şey ola bilməz, vətəndaş zaminlik müqaviləsinə özü imza atmırsa necə olar axı? Qoy vətəndaş bizə müraciət eləsin araşdıraq”. Müxbirimizin “vətəndaş şikayəti bir çox saytlarda dərc olunub, biz də sizə bu haqda məlumat verdik”

“Saytlarda çıxan sizin verdiyiniz məlumatlar bankı araşdırma aparmağa vadar eləmir” ,-deyə sədr müavini cavab verdi. Müxbirimizin “Kredit götürən vətəndaş pulu ödəmədiyi halda bankın zamin olan vətəndaşa bildiriş göndərərək pulu ödəməyi tələb edə bilərmi” sualına sədr müavininin cavabı belə oldu: “ Bəli bankın hüququ var şifahi və yazılı surətdə bildiriş göndərməyə. Zamin də kredit götürən qədər məsuliyyət daşıyır”. Müxbirimizin “Birinci dəfə zəng edib xəbərdarlıq edilmədən bildiriş göndərə bilərmi” sualına sədr müavini belə cavab verdi: “ Bəli zəng edilmədən də ilk olaraq bildiriş göndərilə bilər”.

Biz sonra məsələ ilə bağlı iqtisadçı ekspert Azər Mehdiyevin fikirlərini öyrəndik: “Qoy, vətəndaş məhkəməyə müraciət eləsin ki, xəbəri olmadan onu zamin ediblər. Öz razılığı olmayıbsa vətəndaş buna görə heç bir məsluiyyət daşımır. Hətta vətəndaş zamin olsa belə birbaşa məsuliyyət daşımır. Əvvəlcə krediti verə bilməyən vətəndaşın krediti verə bilməməsi məhkəmə qaydasında sübut olunmalıdır ondan sonra zamin vətəndaşın üzərinə yönəldilə bilər”. Müxbirimizin “Axı vətəndaşa bildiriş yazıblar ki ,iki gün ərzində pulu ödəməyiniz tələb olunur” fikrinə ekspertin münasibəti belə oldu: “Onu banklar hədə- qorxu gəlmək üçün yazırlar”. Müxbirimizin “Həmin bildirişi zaminə göndərməyə bankın qanuni hüququ varmı?” sulını Azər Mehdiyev belə cavablandırdı: “ Yox. Nəinki zaminə, heç krediti alan vətəndaşa belə onların bu yolla hədə- qorxu gəlməyə ixtiyarları yoxdur. Ancaq zəng edib xəbərdarlıq eləməlidilər ki, zamin durduğunuz vətəndaş krediti ödəmir”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.