Ölüm baş verən qəza: məmur xəsarətsiz qurtulub

12-12-2017, 14:44           
Ölüm baş verən qəza: məmur xəsarətsiz qurtulub
Tərtər rayonunda baş verən və bir nəfərin ölümü ilə nəticələnən qəzaya səbəb olan Bərdə Rayon İcra Hakimiyyətinin şöbə müdiri Zaur Bəylərovdan xəbər var.

Baş vermiş qəzadan sonra Yevlax xəstəxanasına yerləşdirildiyi deyilən Z.Bəylərovun vəziyyəti çox yaxşıdır. İcradan verilən məlumata görə, qəzada Bərdə RİH Ərazi İdarəetmə Orqanları ilə İş üzrə şöbə müdiri olan Z.Bəylərov heç bir xəsarət almayıb. Bu səbəbdən də o heç bir xəstəxanaya yerləşdirilməyib.

İcra nümayəndəsinin sözlərinə görə, Z.Bəylərov hazırda evindədir.

Dekabrın 10-u tarixində Z.Bəylərovun səbəb olduğu qəzada ölən digər avtomobilin sürücüsü Elşad Abbasov Bakı-Bərdə istiqaməti üzrə taksi fəaliyyəti ilə məşğul olub. Hadisədə onun Bakıdan Bərdəyə sərnişin apardığı zaman baş verib. Qəza zamanı avtomobildə olan sərnişinlər isə ağır yaralanıblar. Hazırda Bərdə rayon Mərkəzi Xəstəxanasında olan yaralıların vəziyyətinin ağır olduğu deyilir.

Qeyd edək ki, 10 dekabr tarixində Tərtər rayonunda “Toyota Land Kruiser” markalı avtomobillə KİA markalı avtomobil toqquşub. Hadisə nəticəsində KİA-nın sürücüsü Elşad Abbasov ölüb.

KİA ilə toqquşmuş “Toyota Land Kruiser” markalı avtomobilin sürücüsü Bərdə Rayon İcra Hakimiyyətinin Ərazi İdarəetmə Orqanları ilə İş üzrə şöbə müdiri Zaur Bəylərovdur.

DİN-in məlumatına görə, dekabrın 10-da, saat 20 radələrində baş verən bu qəza ilə bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Xatırladaq ki, Bərdə RİH Ərazi İdarəetmə Orqanları ilə İş üzrə şöbə müdiri Zaur Bəylərov Tərtər rayon icra başçısının keçmiş müavini Vidadi Bəylərovun qardaşıdır. V.Bəylərov oğlu insan ölümü ilə nəticələnən qəza törətdiyi üçün işdən azad edilmişdi.
regionxeberleri.com/












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.