Uşaq bağçalarında QORXUNC STATİSTİKA: 48 mindən çox xəstələnmə halı qeydə alınıb VİDEO

10-06-2025, 17:24           
Uşaq bağçalarında QORXUNC STATİSTİKA:
Ötən il ölkədə fəaliyyət göstərən dövlət bağçalarında 48 mindən çox xəstələnmə halı qeydə alınıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu halların təxminən 10 mini 3 yaşından aşağı uşaqlarda müşahidə edilib.

TEREF Xəzər TV-yə istinadən xəbər verir ki, uşaqlar arasında əsasən qrip və yuxarı tənəffüs yolları infeksiyaları, eləcə də gigiyena qaydalarına əməl olunmaması ilə bağlı yaranan digər xəstəliklər qeydə alınıb.

Maraqlıdır, bu qədər xəstələnmə hallarının səbəbi nədən qaynaqlanır?

Sakinlər bildiriblər ki, dövlət bağçalarına nəzarət gücləndirilməlidir.

Tibb məsələləri üzrə ekspert Rasif Bağırovun sözlərinə görə, belə xəstəliklərin yayılmasının əsas səbəbi uşaqların sosial vəziyyətinin normal olmamasıdır. Bu da daha çox baxımla bağlıdır.

Ətraf süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru