Azərbaycanlı zəvvarları daşıyan təyyarə İrana təcili ENİŞ ETDİ
Dünən, 00:14
Səudiyyə Ərəbistanının Ciddə şəhərindən azərbaycanlı zəvvarların ilk qrupunu Bakıya gətirən təyyarə təcili olaraq İranın Rəşt şəhərinə eniş edib.
Bu barədə Oxu.Az-a təyyarədə olan zəvvarlardan biri məlumat verib.
Bildirilib ki, zəvvarlardan birinin səhhəti pisləşdiyindən təyyarə heyəti uçuş zamanı təcili qərar qəbul edərək, təyyarəni İranın Rəşt şəhərinə endirməyə məcbur olub