Sultan Səlimin rəsmi: suallara cavab

Dünən, 00:01           
Sultan Səlimin rəsmi: suallara cavab
Sosial Mediada Osmanlı sultanı I Səlimin bu portreti barədə müxtəlif fikirlər var. Əksər tarixçilər bu rəsmin Sultana aid olmadığını iddia edirlər. Buna səbəb kimi də Səlimin qulağında sırğa olmasıdır.
İlk öncə qeyd edim ki, qədim Türklər, nəslin davamını təmin edən uşağa çox əhəmiyyət verdikləri kimi, onun tərbiyəsi və yetişməsi məsələsində də həssaslıq göstərirdilər. Dövlətin davamının təminatı olan şahzadələrə daha çox əhəmiyyət verirdilər. Onlara xüsusi təlim keçməklə yanaşı döyüş zamanı qorunsun deyə xüsusi elementlər və simvollar olan əşyaları daşıması şəhzadələr üçün önəmli idi. Bunlar içində xüsusilə bir element SIRĞA mühüm əhəmiyyət kəsb edirdi.
Türk törəsinə hörmət edən hər bir tayfa, birlik yaxud dövlət mütləq bu SIRĞA sahibinə xüsusi yanaşma göstərməyə borclu idi. Ailədə cəmi bir oğul vardısa o zaman həmin oğlanın qulağına bir sırğa taxılardı. Bu, həmin gəncin mənsub olduğu ailənin yeganə oğlu olduğunu bildirirdi. Əski türk törələrinə görə ailənin yeganə oğlu orduda xidmət edərkən ordu rəhbərlərininnəzarətində saxlanılır, təhlükəli yerlərə və döyüşlərə göndərilmirdi.
Bu yolla cəmi bir oğlu olan ailənin davam etməsi təmin olunardı. Hər iki qulağında sırğa olan gənc ümumilikdə mənsub olduğu soyun, nəslin yeganə oğul nümayəndəsi olduğunu bəlli edərdi. Belə gənclər soyun davamı üçün ciddi şəkildə qorunardı. Orduda da onu göz bəbəyi kimi qoruyudular. Bu adət Azərbaycanda da mövcud olmuşdur. Azərbaycanın bir sıra bölgələrində nəslin yeganə oğlan uşaqlarının qulağının bir tayına “heydəri” sırğa taxırdılar.
Sultan I Səlim ailənin tək övladı olmadığı üçün sırğa taxmaması doğrudur. Lakin bu rəsm həqiqətən Sultan Səlimə məxsusdur. Bəs onun qulağında sırğa necə olub sualına cavab axtaraq.
Birinci rəsm onun vəfatından 10-20 il sonra avropalı rəssam tərəfindən çəkilib, ikincisi isə 40 ildən sonra başqa bir rəssamın çəkdiyi birinci rəsmin davamı kimidir, yəni təsvirlərə əsasən rəssamlar onu belə çəkiblər, təbii olaraq Sultanı görməyiblər.
Lakin Sultan Səlimin Avropa kralları kimi möhtəşəm və qüdrətli görmək niyyəti ilə onun rəsmində qulağına sırğa taxıblar.
Üçüncü rəsm isə 1650-ci ildə çəkilib. Bunu çəkən rəssam özündən öncəki rəssamlara istinad edərək Sultan Səlimi qulağında sırğa olaraq təsvir edib.

Yəni, rəssamlar Sultanı Avropa kralları kimi görürdülər. Reallıqda isə Sultan Səlim 100%, təbii ki, belə geyinməyib, sırğa taxmayıb. Bu sadəcə Avropa rəssamlarının təxəyüllüdür. Rəsmdə isə 100 faiz Sultan Səlimdir.
Dr. Zaur Əliyev














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.