Mayli Sayrus: "Narkotikə xərclədiyim pulları "vintaj geyim" adı ilə gizlədirdim"

10-06-2025, 16:48           
Mayli Sayrus: "Narkotikə xərclədiyim pulları "vintaj geyim" adı ilə gizlədirdim"
Qalmaqallı pop ulduzu Mayli Sayrus narkotik asılılığı ilə mübarizəsi haqqında açıq etirafı ilə ictimaiyyəti şoka salıb. Son müsahibəsində 32 yaşlı müğənni 2015-ci ildə "Miley Cyrus & Her Dead Petz" albomunun yazılışı zamanı qadağan olunmuş maddələrə xərclərini necə ustalıqla vintaj geyim həvəsi kimi maskaladığını danışıb.

Oxu.Az "Independent"ə istinadla xəbər verir ki, sənətçi bu dövrdə narkotikə çəkilən xərcləri mühasibindən gizlətmək üçün onları "vintaj geyim" kimi təqdim edib.

"Narkotiklər o dövrdə mənim ən böyük xərc maddəm idi. Bunu mühasibimdən gizlətmək üçün biz onları "vintaj geyim" adlandırırdıq", - deyə Mayli bildirib.

Lakin Sayrusun sayıq mühasibi tezliklə şübhələnməyə başlayıb.

"Məni görəndə soruşurdu: "Hanı o 15 min dollarlıq Con Lennon köynəyi?" Mən də deyirdim: "Yuxarıdadır". Bəli, həmin il çoxlu "vintaj geyim" almışdım", - deyə Sayrus etiraf edib.

Hazırda 32 yaşında olan Mayli Sayrus bu çətin dövrü geridə qoyduğuna görə sevindiyini vurğulayıb və heç kəsə onun yaşadıqlarını təkrarlamağı məsləhət görməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru