Genişmiqyaslı rusiya-Ukrayina müharibəsinin 1203-cü günü…
10-06-2025, 16:46

Kiyiv səması bu gecə
Yenə də işğalçı putin rusiyası bu gecə Kyiv daxil, Ukrayina ərazisinə hücum edib. Paytaxtın 7rayonu-Obolon, Svyatoşinskiy, Şevçenkoyskiy, Solomenskiy, Darniça, Podolskiy və Qolosevskiy rayonları dağıntılara məruz qalıb.Hərbi Hava Qüvvələri 499 dron və raketdən 479-u havada məhv edib. Buna rəğmən ölən və yaralanlar var((( Paytaxtın əsasən Obolon,
Solomenskiy və Şevçenkoyskiy rayonlarında ciddi dağıntılar var. Əvvəllər hücum olanda ruslar havaya onlarla dron və raket qaldırırdısa, son 45gündür(aprelin 23-dən) ruslar yüzlərlə dron və raket atırlar.Hədəf əsasən dinc insanların yaşadıqları yerlərdir.Məqsəd də əhalini təlaşda saxlamaq və mərkəzi hakimiyyətə qaldırmaqdır. putin rusiyası bu gedişatla Ukrayina xalqının mübarizə əzmini qıra bilməyəcəkdir. Çünki hər dəfə belə hücumlar olanda əhalidə raşizmə qarşı hiddət artmış olur.Bütün çətinliklərə rəğmən Ukrayina xalqı mübarizə aparır. Dinc şəhərləri hədəfə almaq isə putin rusiyasının aqonik halından xəbər verir.Ar olsun!
P.S.Ukrayina rusiyanın hərbiyə aid yerlərini vurur, rusiya isə dinc şəhərlərdə mülki insanları. Fərq budur, lənət olsun raşizmə!
Qabil Osmanlı
TEREF


