Nigeriya 27 qeyri-qanuni neft emalı müəssisəsini bağlayır

10-06-2025, 17:14           
Nigeriya 27 qeyri-qanuni neft emalı müəssisəsini bağlayır
Afrikanın neft və təbii qazla zəngin ölkəsi Nigeriyada qeyri-qanuni xam neftin emal edildiyi 27 obyekt bağlanıb.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Nigeriya Ordusunun İctimaiyyətlə Əlaqələr Direktoru vəzifəsini icra edən Danjuma Jonah bildirib.

O qeyd edib ki, əməliyyatlar zamanı 27 qeyri-qanuni neft emalı müəssisəsi bağlanıb, təxminən 161 min litr neft məhsulu ələ keçirilib, 43 neft qaçaqmalçısı saxlanılıb.

Qeyd edək ki, Nigeriyanın təsbit edilən 37 milyard barel neft ehtiyatı dünya ehtiyatlarının 3,1 faizini təşkil edir.

Xam neft istehsalında dünyanın ilk 15 ölkəsi arasında yer alan Nigeriya dünyanın ən böyük neft ehtiyatlarına malik 8-ci, neft ixracında isə 6-cı ölkədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru