Rayonların əksəriyyətində işçilərin sayı azalıb – Tam siyahı

10-06-2025, 15:06           
 Rayonların əksəriyyətində işçilərin sayı azalıb – Tam siyahı
Bu ilin aprel ayının əvvəlinə olan məlumata görə, Azərbaycanda 1 milyon 774 min 913 nəfər muzdlu (əmək müqaviləsi ilə işləyən) işçi olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, muzdlu işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,5% və ya 26 min 26 nəfər artıb.
Məlumat üçün bildirək ki, ayrı-ayrı şəhər və rayonlar arasında ən böyük artım Xankəndi şəhərində qeydə alınıb. Son bir ildə Xankəndi şəhərində muzdlu işçilərin sayı 62,5 dəfə artaraq 938-ə yüksəlib.
Qeyd edək ki, son bir ildə 22 şəhər və rayonda muzdlu işçilərin sayında artım, 52 şəhər və rayonda isə muzdlu işçilərin sayında azalma olub.
Aşağıda muzdlu işçilərin sayının ayrı-ayrı şəhər və rayonlar üzrə nə qədər artdığı və azaldığı qeyd olunub:
Xankəndi şəhəri – 62,5 dəfə artıb
Ağdərə rayonu – 59,8 % artıb
Xocalı rayonu – 16,3 % artıb
Abşeron rayonu – 11,5 % artıb
Binəqədi rayonu – 10,6 % artıb
Naxçıvan şəhəri – 9,8 % artıb
Xətai rayonu – 8,9 % artıb
Nərimanov rayonu – 8,7 % artıb
Şuşa rayonu – 7,4 % artıb
Sabunçu rayonu – 5,8 % artıb
Səbail rayonu – 5,0 % artıb
Suraxanı rayonu – 4,9 % artıb
Naftalan şəhəri – 2,6 % artıb
Nizami rayonu – 2,5 % artıb
Qəbələ rayonu – 1,9 % artıb
Nəsimi rayonu – 1,6 % artıb
Sabirabad rayonu – 1,5 % artıb
Cəbrayıl rayonu – 1,3 % artıb
Ucar rayonu – 1,2 % artıb
Siyəzən rayonu – 1,1 % artıb
Xəzər rayonu – 0,7 % artıb
Salyan rayonu – 0,7 % artıb
Neftçala rayonu – 0,5 % artıb

Kəlbəcər rayonu – 9,2 % azalıb
Yardımlı rayonu – 8,9 % azalıb
Ordubad rayonu – 7,8 % azalıb
Laçın rayonu – 7,8 % azalıb
Şərur rayonu – 6,5 % azalıb
Culfa rayonu – 6,3 % azalıb
Kəngərli rayonu – 5,8 % azalıb
Sədərək rayonu – 5,6 % azalıb
Ağsu rayonu – 5,1 % azalıb
İmişli rayonu – 5,0 % azalıb
Füzuli rayonu – 4,8 % azalıb
Goranboy rayonu – 4,8 % azalıb
Zəngilan rayonu – 4,4 % azalıb
Astara rayonu – 4,4 % azalıb
Xocavənd rayonu – 4,4 % azalıb
Yasamal rayonu – 4,3 % azalıb
Yevlax rayonu – 4,3 % azalıb
Pirallahı rayonu – 4,2 % azalıb
Qubadlı rayonu – 3,4 % azalıb
Qaradağ rayonu – 3,2 % azalıb
Qobustan rayonu – 2,9 % azalıb
Ağstafa rayonu – 2,6 % azalıb
Zərdab rayonu – 2,6 % azalıb
Göygöl rayonu – 2,4 % azalıb
Cəlilabad rayonu – 2,4 % azalıb
Ağdam rayonu – 2,3 % azalıb
Saatlı rayonu – 2,3 % azalıb
Babək rayonu – 2,1 % azalıb
Tovuz rayonu – 2,1 % azalıb
Biləsuvar rayonu – 1,9 % azalıb
Daşkəsən rayonu – 1,8 % azalıb
Ağdaş rayonu – 1,8 % azalıb
Şirvan şəhəri – 1,4 % azalıb
Zaqatala rayonu – 1,2 % azalıb
Şəki rayonu – 1,2 % azalıb
Masallı rayonu – 1,1 % azalıb
Mingəçevir şəhəri – 1,0 % azalıb
Xaçmaz rayonu – 1,0 % azalıb
Quba rayonu – 1,0 % azalıb
Kürdəmir rayonu – 1,0 % azalıb
Göyçay rayonu – 0,9 % azalıb
Ağcabədi rayonu – 0,6 % azalıb
Şamaxı rayonu – 0,5 % azalıb
Gəncə şəhəri – 0,5 % azalıb
Oğuz rayonu – 0,2 % azalıb
Qusar rayonu – 0,1 % azalıb
Xızı rayonu – 0,1 % azalıb













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru