İşıq və qaz puluna dair sabit tarifin mahiyyəti nədir? - AKTUAL

11-06-2025, 00:07           
İşıq və qaz puluna dair sabit tarifin mahiyyəti nədir? - AKTUAL
Sabit tarif xərc əsaslı metodologiyanın tarif elementlərindən biridir. Bu dünya təcrübəsində geniş tətbiq olunan yanaşmadır. Sabit tarif elementinin tətbiqində əsas məqsəd əlavə tarif elementi yaratmaqla maliyyə yükünü artırmaq deyil. Bu özü-özlüyündə metodoloji yanaşmalara zidd olar.

Trend xəbər verir ki, bunu Enerji Məsələlərini Tənzimləmə Agentliyinin direktor müavini Rövşən İsmayılov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında “Elektroenergetika haqqında” Qanunda dəyışiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.

Direktor müavini vurğulayıb ki, təchizat subyektlərinə tariflər vasitəsilə daxilolmalar həmin təchizat xidməti ilə bağlı yol verilən tarif xərcləri səviyyəsində məhdudlaşdırılıb.

“Hər hansı əlavə tarif elementlərinin tətbiqi hər hansı formada qadağan deyil və tarif xərclərini artıra bilməz. Sabit tarifin tətbiqində əsas məqsəd tarif elementlərinin təchizat xərclərinin sabit və dəyişkən xərclər baxımından strukturlaşdırılması, o cümlədən xərclərin istehlak tariflərinə ədalətli şəkildə ötürülməsinin təmin olunmasıdır.

Fərz edək ki, 2 abonentimiz var, birinin 1, digərinin 2 mənzili var, hər ikisinin istehlak səviyyəsi eynidir. Bu məsələyə istehlak tarifi istiqamətindən baxdıqda 1 və 2 mənzili olan abonent eyni ödənişləri edir. Dəyuişiklikdəm sonra 3 mənzilin infrastuktur xərcləri 2 abonent arasında bölüşdürüləcək. Bu mövzuda bölgünün daha ədalətli şəkildə təmin olunmasını sabit tarif elementinin tətbiqində görürük. Sahə üzrə xərclər hətta istehlak olmasa belə, həmin abonentin xərclərinə aid ediləcək”, - deyə o qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru