Bakıda əhali 11 milyard manatlıq alış-veriş edib

10-06-2025, 16:44           
Bakıda əhali 11 milyard manatlıq alış-veriş edib
Bu ilin yanvar-aprel aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 10 milyard 860,4 milyon manat olub.

İndex.az Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin 4 ayı ilə müqayisədə 4,7 % çoxdur.

Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin yanvar-aprel ayları ilə ilə müqayisədə 2,3 % artaraq 6 milyard 5,9 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 7,7 % artaraq 4 milyard 854,5 milyon manata bərabər olub.

İstehlak məhsullarının 39,3 %-i hüquqi şəxs statuslu müəssisələrdə, 51,7 %-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 9 %-i isə paytaxtın məhsul bazarlarında satılıb.

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 18,4 milyard manatlıq, o cümlədən 10,3 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 8,1 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2024-cü ilin yanvar-aprel ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,6 %, qeyri-ərzaq malları üzrə 6,4 % artıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru