Paytaxtda ödənişli xidmətlərin dəyəri 11 %-dən çox artıb

10-06-2025, 16:24           
Paytaxtda ödənişli xidmətlərin dəyəri 11 %-dən çox artıb
Paytaxtda ödənişli xidmətlərin dəyəri 11 %-dən çox artıb
Bu ilin yanvar-aprel aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 3 milyard 3,7 milyon manat olub.

İndex.az Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin ilk 4 ayı ilə müqayisədə real ifadədə 11,2 % çoxdur.

Hüquqi şəxslər tərəfindən əhaliyə 2 milyard 458,4 milyon manatlıq xidmət göstərilib. Bu da xidmətlərin ümumi dəyərinin 81,8 %-ni təşkil edib.

Qeyd edək ki, hesabat dövründə Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 9,6 % artaraq 4 milyard 502,3 milyon manat olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru