Qazaxlılar Prezident seçkisinə tam hazırdır
13-03-2018, 11:59

Bunu Ermənistanla 167 km məsafədə yerləşən, yağı düşmənimizlə çiyin-çiyinə dayanıb qəhrəmanlıq təcəssümü göstərən mərd və mübariz Qazaxın sakinləri hər an dilə gətirirlər. Onlara dayaq duran, hər zamn sözünü-söhbətini dinləyən, gecəsini gündüzə qataraq daim milləti ilə fəxr edən Qazaxın icra başçısı Rəcəb Babaşov rayon ictimaiyyəti qarşısında elə bir nüfuz qazanıb ki, heç kimin mənəvi haqqı yoxdur bu il aprelin 11–də keçiriləcək Prezident seçkisində cənab İlham Əliyevə səs verməmiş olsun. Görülən işlər, sahibkarkara yaradılan şərait, şəhid ailələrinə, məcburi qaçqın və köçkünlərə hərtərəfli yanaşma, Qarabağ əlillərinə və veteranlara sonsuz qayğı, aparılan quruculuq-abadlıq işləri, keçirilən yüksək tərzdə tədbirlər, ümümiyyətlə Qazaxdakı sürətli inkişaf bunları deməyə əsas verir.
Artıq başçı təyin edilən vaxtdan 1 il 8 ay keçməsinə baxmayaraq rayonda çox böyük işlər görülüb, rayon vətəndaşlarının ərizə və şikayətlərinin demək olar ki, 90 faizi həll edilib. Sakinlər tərəfindən qaldırılan xırda bir problemi də rayon icra başçısı yüksək bir səviyyədə nəzərə alır, yerindəcə həll edir.
Prezident İlham Əliyevin tapşırıq və göstərişlırini aksioma kimi qəbul edən Rəcəb Babaşov həmin dəqiqə ən mürəkkəb məsələni belə yerindəcə həll edir.
Uzun illərdi rayonda problemə çevrilən su, qaz, işıq heç bir fasilə olmadan əhalinin lazımi səviyyədə xidmətindədir. Elə bir sahə yoxdur ki, bu gün Rəcəb Babaşovun diqqətindən yayına bilsin.
Rəcəb Babaşov gördüyü əməli işlərinə görə bütün icra başçılarına nümunədir. Bu gün heç bir icra başçısı sakinləri mütəmadi qəbul etmir. Ancaq bu ideya yalnız Qazaxdadır. Yaşından asılı olamyaraq icra başçısı istəyir ki, kiminsə qəlbindəki arzusu puça çıxmasın, həyata keçsin. Ona görə rayonda kimi dilləndirsən, hamı eyni fikirdədir.
Babaşovun uşaq baxçalarında və körpələr evində yaratdığı şərait, kadrların düzgün seçimi, baxçalardakı məişət sisteminin tamamilə yeniləşməsi, istilik sistemi, antisanitariyaya qarşı mübarizə, yemək və sairə kimi məsələlərə hədsiz diqqəti valideynlərin geniş rəğbətinə səbəb olub. Körpələrə və uşaqlara olan diqqəti sanki bir möcüzəyə çevrilib.
“Təhsil millətin gələcəyidir” kimi dahi atalar sözünə çevrilən Ulu öndərin bu cümləsi Qazaxda birmənalı şəkildə həyata keçirilir. Rayonda təhsilə olan qayğı hər vaxt hiss edilir. Təhsildə əvvəllər baş alıb gedən rüşvətxorluq hallarına son qoyulmuş, dərsə davamiyyətə, müəllimlərin hazırlığına ciddi yanaşılır. Bu barədə valideynlər heç kim məcbur etmədən belə, rayon rəhbərinin qəbuluna gələrək buna görə dərin minnətdarlıqlarını bildirirlər.
Onu da qeyd etmək yerinə düşərdi ki, Babaşovun gəlişindən sonra çoxsaylı rayon vətəndaşları müxtəlif peşlər üzrə işlə təmin edilərək lazımi səviyyədə əməkhaqqı ala bilirlər. Zaman-zaman yığılan problemlərlə bağlı Babaşov icra başçısı təyin olunduğu gündən şikayətə gələn rayon vətəndaşları əvvəllər 70 faiz idisə, bu gün həmin faiz göstəricisi 10-a enib. Bu onu göstərir ki, artıq rayonda əsassız, yersiz, heç bir dəlilə, sübutlara istinad edilməyən şikayətlərə də son qoyulub.
Babaşov hər bir işə şəxsən diqqətlə yanaşır, yerlərdə olur, vətənadaşların dərd-səri ilə maraqlanır, onlara bacardığı köməklikləri əsirgəmir. Adicə sakinlərlə keçirdiyi görüşdə qarşıdan gələn Novruz Bayaramı ilə əaqədar əmək haqqıların və pensiayaların martın 19-na qədər veriləcəyini də vurğulamışdı. Yarı öz hesabına maliyələşən Qazaxda pensiya və əməkhaqqıların bu günlərdə verilməsi üçün Qazaxın büdcəsinə kifayət qədər vəsait toplanmışdır.
Rayon sakinləri süründürməçilikdən və bürokratik əngəlliklərdən də azad olublar. Məmurun vətəndaşa xidmət göstərməsi amili Qazxda ön cərgədədir.
Qazaxda seçkiqabağı hər bir vətəndaş secəcəyini bəri başdan müəəyyənləşdirib. Hansısa bir problem içərisində yaşamayan, yuxarı distansiyalara müraciətə ehtiyac duymayan rayon sakinləri cənab İlham Əliyevdən savayı Prezident görməmək arzusundadıralr. İşi məlum, təlabatı məlum, yaşam tərzi lazımi səviyyədə oan bir rayon vətəndaşına daha kim və nə lazım ola bilər? Qazxlılara bu ideya və amalı icra başçısı Rəcəb Babaşov bəxş edib.
Xalqımızın milli mentolitetimizin ən böyük varlığı kimi qiymətləndirilən qarşıdan gələn Novruz Bayramı münasibəti ilə rayonun bütün qəbiristanlıqlarında təmizləmə işləri aparlıb. Hər bir qəbir daşının ətarfı səliqəyə salınaraq haqq dünyasında uyuyanlara da ehtiramla yanaşılıb.
Olduqca təəssüf hissi ilə deməliyik ki, bu gün cəmiyyətdə heç nəyə yaramayan, müxtəlif səpgidə dedi-qodu ilə məşğul olaraq kimliyi məlum olmayanlar Rəcəb Babaşov haqqında ip ucu tullamaq fikrindədirsə, demək onların əqidəsinin müalicəyə ehtiyacı var.
Ona görə də, qazaxlılar rayonda onlara göstərdiyi yüksək diqqət və qayğıya görə icra hakimiyyətinin başçısı cənab Rəcəb Babaşova minnətdardırlar və növbədənkənar Prezident seçkilərində yekdilliklə seçəcəkləri Prezident İlham Əliyevə səs verəcəklərinə əmindirlər.
İlham Hacalı