«ABU petrol»da daha bir ŞOK – 63 litrlik çənə 67 litr «vurdular» - FOTOLAR

31-08-2015, 20:47           
«ABU petrol»da daha bir ŞOK – 63 litrlik çənə 67 litr «vurdular» - FOTOLAR
Samir adlı oxucu Avtosfer.az-a Bakıda yanacaqdoldurhttp://www.teref.az/engine/skins/bbcodes/images/youtube.gifma məntəqəsində aldadılması ilə bağlı müraciət edib. Müraciətdə bildirilir ki, bu gün – avqustun 31-də günorta saatlarında Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində yerləşən «ABU Petrol» («ABU Arena» yaxınlığında) yanacaqdoldurma məntəqəsində vətəndaşı aldadıblar: «Həmin yanacaqdoldurma məntəqəsində A-92 markalı benzin aldım. «BMW 318i» markali avtomobil idarə edirəm. Maşın 2 motordur, 2002-ci ildə buraxılıb. Yanacaq çəninin tutumu 63 litrdir və mən yanacaqdoldurma məntəqəsinə daxil olanda çəndə 7-8 litr benzin var idi. Çəni tam doldurmaq üçün sifariş verdim. 66.93 litr benzin vuruldu. Menecerə yaxınlaşıb şikayetimi bildirdim ki, 63 litrlik çənə 67 litri necə vurursuz? Hələ çəndə 7 litr də benzin vardı. Amma şikayətimin bir faydası olmadı»..

Avtosfer.az saytı olaraq bu kimi şikayətlərlə son vaxtlar tez-tez rastlaşırıq. Bu üzdən də sürücüləri ayıq-sayıq olmağa, aidiyyatı qurumları isə nəzarət tədbirlərini gücləndirməyə çağırırıq.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru