Bərdə İcra Hakimi Vidadi İsayev vəzifəsini itirib?
2-09-2015, 15:27
Bərdə rayonun icra hakimiyyətinin başçısı Vidadi İsayev tutduğu postla vidalaşa bilər. GUNDEMİNFO.AZ-a hakimiyyət daxilindəki mənbələrdən daxil olan məlumata əsasən bu günlərdə hakimiyyətin ən yüksək dairələrində icra başçılarının yerdəyişməsi və işdən çıxarılması ilə bağlı olaraq islahatlar həyata keçiritləcək. Ən yüksək səviyyədə verilmiş qərara əsasən adı yerli ictimayyət və ölkə əhali arasında neqativ olaraq tanınan başçılar işləri ilə vidalaşmalı olacaqlar.
İcra başçılarının dəyişdirilməsi ilə bağlı olaraq həyata keçirilməsi nəzərdə tutulan plana əsasən yerdəyişməyə düşə bilməyəcək şəxslər də var. Xüsusilə də Gəncəbasar və Qarabağ regionunda olan başçılarla bağlı mühim dəyişikliklər olaraq. Gəncəbasar üzrə kurator olan nifuzlu dövılət mumurlarından biri (bu məmurun Bərdədən niyə narazı qaldığını yaxın zamanlarda qeyd edəcəyik red.) Vidadi İsayevin həyata keçirdiyi islahatlardan və görməli olduğu işləri yubatdığından işini birdəfəlik itirə bilər.
Məlumatlara əsasən ictimayyətlə əməkdaşlığını və qurduğu təmasları düzgün seçməyən başçı ilə bağlı artıq ən yüksək rəsmi məqamlarda da narazılıqlar var. Belə ki, son zamanlar hakimiyyətə yaxınlığı ilə tanının bir neçə nifuzlu gündəlik qəzetdə məhz bu başçısının yerli radikal müxalifətdən olan saytlarla əməkdaşlıq etdiyi söylənilir.
Bu faktın ən yüksək dairələr tərəfindən araşdırıldığı və yaxın zamanlar ölçü götürüləcəyi söylənilir. GUNDEMİNFO.AZ-a bilgi verən mənbə parlament seçkilərindən dərhal sonra rotasiya qaydası ilə icra başçısı kimi müddəti başa çatan Vidadi İsayvein Yevlaxa göndərilməsi planı da təxirə düşüb. Mənbəmiz israr edir ki, Bərdənin başçısına Azərbaycan Milli Elmlər Akademiyasında İnstitutların birində elmi işçi vəzifəsi təklif olunub. Antrapologiya ixtisası üzrə elmi dərəcəsi olan başçının bu təkliflə razılaşdığı söylənilir.