Beyləqanın icra başçısı ittiham olunur... - şirkətin pulunu yeyib, torpaqları yağmalayıb

2-09-2015, 21:51           
Beyləqanın icra başçısı ittiham olunur... - şirkətin pulunu yeyib, torpaqları yağmalayıb
Beyləqanın icra başçısı ittiham olunur... - şirkətin pulunu yeyib, torpaqları yağmalayıb

Beyləqanın icra başçısı ittiham olunur...
Beyləqan şəhər stadionu ətrafında yaranan qalmaqal icra başçısı Vaqif Abdullayevə ciddi problem yarada bilər. Deyilənlərə görə, icra başçısı stadionda təmir-bərpa işləri görən şirkətin pulunu ödəməkdən imtina edir.

TİA.AZ xəbər verir ki, Vaqif Abdullayev İSPİK şirkətinin rəhbəri Qabil Mustafayevi qəbul edib.
Stadionun bərpa işlərini onlara təklif edib. Beləcə, şirkət 2014-cü ilin aprel ayında bərpa işlərinə başladı. Şirkət icra başçısına 895 min manatlıq smeta təklif edib və Vaqif Abdullayev bununla razılaşıb.
Lakin nədənsə tərəflər arasında heç bir rəsmi müqavilə imzalanmayıb və şirkət 2014-ün aprelində işə başlayaraq iyun ayında işi yekunlaşdırıb. Sonda isə Beyləqan Rayon İcra Hakimiyyəti tərəfindən şirkətə vəd edilən 895 min manatın əvəzində 632 min manat verilib.
Gundelik-baku.com yazıb ki, İSPİK şirkətinin rəhbərliyi artıq üzləşdikləri problemlə bağlı hüquq-mühafizə orqanlarına, eləcə də digər müvafiq qurumlara müraciət edib. Bu isə sonda Vaqif Abdullayevin ciddi şəkildə cəzalandırılması ilə nəticələnə bilər.
TİA.AZ qeyd edir ki, Vaqif Abdullayev icra başçısı təyin olunduqdan sonra Beyləqan ölkənin ən geridə qalmış rayonlarından birinə çevrilib. 2012-ci ildən indiyə qədər tikinti-abadlıq işləri aparılmayıb. Su təchizatı və kanalizasiya sistemi bərbad haldadır.
Bu sahənin yenidən qurulması məqsədilə büdcədən ayrılan vəsaitlərdən düzgün istifadə olunmur. Deyilənlərə görə, Vaqif Abdullayevin kifayət qədər imkanı var və o, bütün bunları büdcə vəsaitləri hesabına əldə edib.
Onun indiyədək 4 əzəmətli, bahalı villası var idisə artıq yenisini də əldə edib. Vaqif Abdullayevin 5 övladı olduğu üçün o, onların hər birinə lazımi şərait qurub, hətta hərəsinə bir villa da alıb.
Bu yaxınlarda rayonun Dostluq kəndində yaşayan Musa Zalov mətbuata müraciət edib. Onun sözlərinə görə, pay torpaqları icra hakimiyyətinin saxta sərəncamları əsasında imkanlı şəxslərə verilib. Hətta həmin şəxslərə torpaq mülkiyyətinə dair saxta dövlət aktları da verilib.
Məsələn, Zöhrab həkimə, Vəli Mahmudova, Şirəli Mahmudova, Qasım Cavadova, Oruc Ağayevə, Nadir adlı şəxsə və digərlərinə verilib. Hazırda burada sotu 1000 manat olmaqla, cəmi 48 həyətyanı torpaq sahəsi satılıb.
Torpaqların alqı-satqısını rayon rəhbərliyi ilə bərabər, sovxozun direktoru olmuş Natiq Mirzəyev, bələdiyyənin sədri B.Balakişiyev və məhkəmənin sədri Maşallah Şirvanov da həyata keçirib. Həmin şəxslər də, çox zaman ələ keçirdikləri torpaq sahələrində tikinti işləri aparıb sonradan baha qiymətə satırlar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.