Bəylər Əyyubov Ağalar Vəliyevi danlayıb - Generalın adından pul yığırmış...
3-09-2015, 12:14
Hər addımbaşı prezidentin şəxsi mühafizə idarəsinin rəisi general Bəylər Əyyubovun adından istifadə edən və hətta bu səbəbdən mətbuatın basqısı altında "Bəylər müəllimlə qohumluq əlaqələrim yoxdur" deyərək vəziyyətdən çıxmağa çalışan “Azəraqrartikinti” ASC-nin sədri, Milli Məclisin deputatı Ağalar Vəliyevin başı cəncəldən hələ də açılmayıb.
Bu isə onun təkcə deputatlığını yox, indiki imkanlarını belə ciddi sual altında qoyur.
DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, Bəylər Əyyubova daha çox mənfi divident gətirən Ağalar Əliyev bu günlərdə general tərəfindən ciddi şəkildə tənbeh də olunub. Mənbə iddia edir ki, Binəqədidə yanan binanın inşası boynuna qoyulan Ağalar Vəliyev bu ad altında pullar yığmağa başlayıb ki, müraciət etdiyi ünvanların da hər birinə "tapşırıq Bəylər müəllimdəndir" deməklə arzusuna daha da yaxın olmaq istəyib.
Amma nəhayətdə bütün bunların generalın qulağına çatdığını deyən qaynaq dia.az-a onu da söyləyib ki, Ağalar Vəliyev bu səbəbdən general tərəfindən danlanılıb:
"Vəziyyət çox ciddidir. Ağalar Vəliyev yaxşı bilir ki, generalın himayəsi olmadan onu bir dəqiqədə silərlər".
Mənbə onu da bildirib ki, Ağalar Vəliyevin də Beynəlxalq Bank-la bağlı qalmaqalda iştirakı var. Bu barədə isə az sonra... Bizi izləyin...
Qarşı tərəfi də dinləməyə hazırıq...